hemle

“Trabzonspor” Türkiyə Futbol Federasiyasının qərarına kəskin etiraz etdi - FOTO

Tarix:3-04-2024, 22:33
Baxış Sayı:463

“Trabzonspor” Türkiyə Futbol Federasiyasının qərarına kəskin etiraz etdi - FOTO

Türkiyənin “Trabzonspor” klubunun rəhbərliyi Türkiyə Futbol Federasiyasının (TFF) qalmaqallı “Trabzonspor” - “Fənərbağça” oyunu ilə bağlı çıxardığı qərara kəskin etirazını bildirib.

Bununla əlaqədar Anadolu klubunun rəsmi “X” səhifəsində edilən paylaşımda “Ədalətiniz batsın! İstefa verib, kürsünüzdən düşün” cümləsi yazılıb.

Öz növbəsində “Trabzonspor” klubunun azarkeşləri də Türkiyə Futbol Federasiyasının çıxardığı qərara etiraz ediblər.

Onlar hesab edirlər ki, TFF qərar çıxarkən ədalətə riayət etməyib və “Fənərbağça”ya kəsilən cərimələr futbolçularının kobud davranışlarına mütənasib deyil.

Xatırladaq ki, Türkiyə Futbol Federasiyası qalmaqallı “Trabzonspor” - “Fənərbağça” oyunu ilə bağlı pul cəzaları kəsib.

Belə ki, “Trabzonspor” klubu altı rəsmi oyunu boş tribunalar önündə keçirəcək, üstəlik kluba arenada baş vermiş özbaşınalıqlarla əlaqədar 3 milyon 112 min türk lirəsi cərimə kəsilib.

“Trabzonspor”un məşqçisi Egemen Korkmaz bir görüşdə texniki zonada yer almayacaq. Üstəlik, o, 13 min Türkiyə lirəsi (687 manat) cərimə edilib.

Digər xəbərlər
09:50 Xarkovda 40 partlayış qeydə alındı - Yaralılar var
09:44 İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?
09:38 Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sakit okeanın səviyyəsi yüksəlir: Ada dövlətləri yox ola bilər - XƏBƏRDARLIQ
09:32 Azərbaycana keçdiyi bildirilən 2 ermənidən xəbər var
09:29 "Youtube"da nasazlıq yarandı
09:27 Bakı bulvarında sakinləri narahat edən kəskin qoxunun səbəbi bilindi
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?