hemle

Bakıda metroya gizli soxulan Fransa vətəndaşı həbs edildi - FOTO

Tarix:2-04-2024, 21:11
Baxış Sayı:573

Bakıda metroya gizli soxulan Fransa vətəndaşı həbs edildi - FOTO

Metro qatarlarının dayandığı depoya gizlincə daxil olub bir neçə vaqonu boyayaraq əmlaka qəsdən ziyan vuran Fransa vətəndaşı həbs edilib.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, araşdırmalarla Avstraliya İttifaqının vətəndaşı P.Han Paul, Yeni Zelandiya vətəndaşı İsmael De Saint Quent və Fransa Respublikasının vətəndaşı Clerc Theqo Huqo 30 mart 2024-cü il gecə saatlarında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə məxsus depoya qanunsuz daxil olaraq qəsdən dövlət əmlakına ziyan vurmalarına dair şübhələr müəyyən edilib.

Əməldə cinayət tərkibi yarandığından Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə polis idarəsində fakta görə başlanmış cinayət işi üzrə Fransa Respublikasının vətəndaşı Clerc Theqo Huqo məhkəmənin qərarı ilə üç ay müddətinə həbs, digərləri barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər
20:10 Sahibə Qafarova Millətlər Birliyinin Baş katibi ilə görüşdü
20:06 Gecələr yata bilmirsiniz? - Bu üsulla elə yuxuya gedəcəksiniz ki...
15:13 Rusiya ordusu bu kəndi də tutdu
15:01 Əsas məqsədimiz COP29-da bütün tərəflər üçün naviqator rolunu oynamaqdır
14:56 Tramp sülh planını işə salır - Tezliklə Putin və Zelenski ilə görüşəcək
14:53 COP29-da Orta Dəhlizin rəqəmsallaşdırılması müzakirə olunacaq
14:48 Almaniyada irqçilik: müsəlmanlara qarşı düşmənçilik artıb
14:45 Paşinyan 9 noyabr bəyanatını imzalaması haqda: Heç kimin fikri məni...