hemle

Azərbaycan cüdoçusu “Böyük Dəbilqə”də finala yüksəlib

Tarix:30-03-2024, 17:29
Baxış Sayı:408

Azərbaycan cüdoçusu “Böyük Dəbilqə”də finala yüksəlib

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində finala yüksəlib.

Oxu.Az xəbər verir ki, yarışın ikinci günündə mübarizə aparan üç cüdoçumuzdan yalnız biri medalı özü üçün təmin edib.

73 kq çəki dərəcəsində tatami üzərinə çıxan Rəşid Məmmədəliyev uyğun ardıcıllıqla Mark Xristov (Bolqarıstan), Koen Heq (Hollandiya), Bayram Kandemir (Türkiyə), Şahram Axadov (Özbəkistan) və Umalta Demireli (Türkiyə) məğlub edib. Onun finalda rəqibi Moldova cüdoçusu Adil Osmanov olacaq.

Digər cüdoçularımızdan Vüsal Qələndərzadə ilk görüşdə Keysey Nakanoya (Filippin) qalib gəlsə də, sonra Kiprianos Andreuya (Kipr) məğlub olub. Ömər Rəcəbli (81 kq) isə startda Joao Fernandoya (Portuqaliya) uduzub.

Qeyd edək ki, Azərbaycan cüdoçuları yarışın ilk günündə medal qazana bilməyiblər. Əhməd Yusifov (60 kq), Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq) uğursuz çıxış ediblər.

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ