hemle

Bakılı balalarının 2-ci böyük futbol turnirinə start verildi - FOTO

Tarix:30-03-2024, 17:23
Baxış Sayı:454

Bakılı balalarının 2-ci böyük futbol turnirinə start verildi - FOTO

Bakı Tennis Akademiyasının idman zalında əsl bayram ovqatı var. Bakı kəndlərinin uşaqları arasındakı futbol turnirinin açılış mərasimində adi kənd uşaqları özlərini peşəkar futbolçu kimi hiss edirlər. Hər şey arzularda və filmlərdə olduğu kimidir. Bakının 32 kənd və qəsəbəsindən təşrif buyuran qonaqlar məkana xüsusi coşqu ilə qatılıblar. Uzunluğu 126 metr, eni 36 metr olan və 407 nəfər tamaşaçı tutumuna malik olan, qapalı zalda iynə atsan yerə düşməz.

Bura şəhərin ən yaxşı futbol meydançalarından biridir. Özündən amortizasiyalı ot örtüyü Azərbaycanda ilk dəfə məhz bu meydançada istifadəyə verilib. Ən keyfiyyətli toplar, yeni, rahat idman formaları, ümumiyyətlə, beynəlxalq standartlara cavab verən şərait, heç şübhəsiz, gənc futbolçuları daha da həvəsləndirəcək.

Gənclər və İdman Nazirliyi ilə Bakı Abadlıq Xidmətinin təşkilatçılığı, AFFA-nın dəstəyi ilə keçirilən turnirin açılış mərasimində fəxri qonaqlar arasında Gənclər və İdman Nazirliyinin, Bakı Abadlıq Xidmətinin və AFFA-nın rəhbərliyi, respublikanın idman elitasının tanınmış nümayəndələri, peşəkar və həvəskar idmançılar, həmçinin media mənsubları da var. Təntənəli açılış mərasimi turnir iştirakçılarının məsuliyyətini beşqat artırır.

Açılış tədbirini giriş sözü ilə AFFA-nın baş katibi Sərxan Hacıyev açıb. Daha sonra Bakı Abadlıq Xidmətindən Vüqar Müftizadə, gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayıblar. Böyük idman bayramı münasibətilə hər kəsi təbrik edən çıxışçılar qeyd ediblər ki, istənilən yarışda əsas qələbə yox, iştirakdır.

Turnirin açılış mərasiminə xüsusi coşqu qatan Azərbaycan futbolundakı güclü fiqurların tədbirdə iştirakıdır. “Qarabağ” futbol klubunun hücumçusu Olavio Juninyodan avtoqraf alan uşaqların sevinci yerə-göyə sığmır.

Rəsmi hissə başa çatdıqdan sonra populyar rok ifaçısı Mərdan Kazımov səhnəyə çıxıb. Daha sonra maskotların şousu təqdim edilib. Bütün bunlar yarış iştirakçılarına həyəcan, tədbirə xüsusi təntənə qatıb.

Açılış mərasimindən sonra Əmircan və Yeni Suraxanı komandaları arasında turnirin ilk oyunu başlayıb. Oyunda topa ilk zərbəni “Qarabağ”ın məşhur təmsilçiləri Olavio Juninyo və Toral Bayramov vurublar. Beləliklə, oyun başlayıb.

Xatırladaq ki, Yeni Suraxanı komandası ötən turnirin qalibi olmuşdu. Meydandakı ilk oyunun qalib komandaya verilməsi o deməkdir ki, bu turnirdə də məsuliyyət də, tələblər də yüksək olacaq.

Oyun 5:0 hesabı ilə Yeni Suraxanı komandasının qələbəsi ilə başa çatır.

Bakı Abadlıq Xidmətindən aldığımız məlumata görə, turnirdə 64 matç keçiriləcək. May ayına qədər davam edəcək idman bayramında 384 yeniyetmə futbol məharətlərini, həmçinin komanda oyunlarına qatılmaq bacarıqlarını sınaqdan keçirəcəklər.

Azərbaycan tarixi üçün əlamətdar bir gündə - mayın 10-da turnirin final matçı oynanılacaq. İlk 3 yerin sahiblərinə pul mükafatları, iştirakçılara qiymətli hədiyyələr verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, oyunların gedişatını Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələrindən və “bakujuniorfootball” “Instagram” səhifəsindən izləyə bilərsiniz.

Digər xəbərlər
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ
09:44 Rusiyada yaşayanların NƏZƏRİNƏ - Bunu edənlər 5 milyon rubla qədər CƏRİMƏ OLUNACAQLAR