hemle

Məktəb psixoloqları üçün müsabiqə keçiriləcək

Tarix:29-03-2024, 11:30
Baxış Sayı:0

Məktəb psixoloqları üçün müsabiqə keçiriləcək


Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı məktəb psixoloqları üçün müsabiqə elan edir.

İdarədən verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən psixoloqlar sağlamlıq imkanları məhdud uşaqların psixodiaqnostikasını aparacaq, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul edəcək, valideynlərə və ya digər qanuni nümayəndələrə müvafiq məsləhətlər verəcəklər.

Sənəd qəbulu 29.03.2024-cü il tarixindən 06.04.2024-cü il tarixinə qədər həyata keçiriləcək. Namizədlər müvafiq sənədləri [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Sənədlərin yoxlanılması prosesi başa çatdıqdan sonra namizədlər müsabiqənin test imtahanı mərhələsinə dəvət ediləcəklər. Test imtahan nəticəsi məqbul hesab edilən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Əlavə sualı olan şəxslər BŞTİ-nin Çağrı Mərkəzinə (146-1) zəng etməklə məlumat ala bilərlər.

Digər xəbərlər
20:27 Qarabağ ermənilərinin yeni pasportlarında doğum yerinin Azərbaycan göstərilməsinə aydınlıq gətirilib
20:23 ABŞ bu məhsulu Türkiyədən daşıdı: Kəskin bahalaşdı
20:19 Sabah iki rayon QAZSIZ QALACAQ
19:41 Türkiyə ordusu terrorçulara aid mağara və silah-sursat aşkarladı
19:13 Pentaqon bu ərazilərdən 10 minə qədər hərbçini çıxara bilər
19:11 Şərqi Zəngəzuru Naxçıvanla birləşdirilməsi üçün YENİ ANLAŞMA
10:44 Çay paketlərindəki təhlükə: Kif və bakteriya riski...
10:40 ChatGPT-yə “Dünyanı necə ələ keçirərsən?” sualı verildi: Tükürpədən cavab!