hemle

Lənkəranda dəhşətli qəzada ölən şəxslərin adları açıqlandı - YENİLƏNİB + FOTO

Tarix:28-03-2024, 10:40
Baxış Sayı:307

Lənkəranda dəhşətli qəzada ölən şəxslərin adları açıqlandı - YENİLƏNİB + FOTO

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda ata və oğulun öldüyü yol qəzası barədə məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a verilən məlumata görə, martın 28-də saat 8 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi “Mercedes-Benz”, Zaur Kərimovun idarə etdiyi VAZ-2109 və D.Səfərlinin idarə etdiyi “Chevrolet” markalı avtomobillər toqquşub.

Nəticədə VAZ-2109 markalı avtomobilin sürücüsü və oğlu Cavad Kərimov hadisə yerində ölüblər. “Mercedes”in sürücüsü isə bədən xəsarətləri alıb.

Qəza ilə bağlı araşdırmalar davam etdirilir.

09:40

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un cənub bürosunun məlumata görə, hadisə rayonun Sütəmurdov kəndi ərazisində qeydə alınıb.

Belə ki, zəncirvari qəzada VAZ-2109, “Chevrolet Cruze” və “Mercedes” markalı nəqliyyat vasitələri toqquşub. Nəticədə VAZ-2109 olan sürücü və oğlu hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.



Digər xəbərlər
21:01 Qabığını limonla qaynadıb için - Bütün tıxanmış damarları açır
20:58 Türk Hava Yolları Rusiyaya uçuşları BƏRPA EDİR
20:51 Qərar verildi: Ermənistan ehtiyatda olan hərbçiləri bu tarixdə toplayır
20:46 Fikrət Qocanın 90 illiyi qeyd olunacaq
20:43 Səhər "poxmel"ini açmaq üçün diyetoloqdan MƏSLƏHƏT
20:36 Həcc ziyarətinin VAXTI AÇIQLANDI
10:51 Yaşı 30-dan yuxarı şəxslərə çağırış mesajı niyə gəlir?
10:46 Müəllimlərin nəzərinə - Mayın 12-də başlanılır