hemle

Ağdaşda dəhşətli qəza ilə bağlı cinayət işi başlanıb

Tarix:17-03-2024, 13:31
Baxış Sayı:124

Ağdaşda dəhşətli qəza ilə bağlı cinayət işi başlanıb

Ağdaşda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, martın 16-sı saat 22 radələrində Adil Qasımovun idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində hərəkətdə olarkən yolun kənarında dayanan iki “Ford” markalı yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində hər iki “Ford”un sürücüsü, 1980-ci il təvəllüdlü Yasin Sədyar oğlu Ağəmmədov və 1991-ci il təvəllüdlü Rəşad Ədalət oğlu Əlizadə, eləcə də orada olan 1982-ci il təvəllüdlü Yaşar Maarif oğlu Qarayev aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

00:36

Ağdaşda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Orta-Ləki kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, iki “Ford” markalı yük maşını ilə “ATEGO” markalı yük avtomobili toqquşub.

Nəticədə Rəşad Ədalət oğlu Əliyev, 1980-ci il təvəllüdlü Yasin Səriyər oğlu Ağamədov və Yaşar Maarif oğlu Qarayev dünyasını dəyişib, Teymur Yarəməd oğlu Ağəmədov isə ağır bədən xəsarətləri alıb.

Yaralı dərhal təcili tibbi yardım maşınının köməkliyi ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda hüquq mühafizə orqanı əməkdaşları hadisə yerindədirlər. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ