hemle

219, ilklər və məhrumlar: Ali adın təsis günü - 31 il

Tarix:26-03-2024, 06:59
Baxış Sayı:368

219, ilklər və məhrumlar: Ali adın təsis günü - 31 il

Bu gün Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi olan "Azərbaycanın Milli Qəhrəmanı" adı təsis edilməsindən 31 il keçir.


Hemlemedia.Az xəbər verir ki, "Azərbaycanın Milli Qəhrəmanı" adının müəyyən olunması haqqında" Azərbaycan Respublikasının 25 mart 1992-ci il tarixli, 331-XII nömrəli Qanunu təsis edilib və həmin ilin 7 iyulunda qüvvəyə minib.
Qanuna görə, "Azərbaycanın Milli Qəhrəmanı" adının verilmə qaydası aşağıdakılardır:
1."Azərbaycanın Milli Qəhrəmanı" adı Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir.
2."Azərbaycanın Milli Qəhrəmanı" adı Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir
3."Azərbaycanın Milli Qəhrəmanı" adı eyni şəxsə bir dəfə verilir.

"Ay-Ulduz" medalı Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanıdır ki, bu da Azərbaycan Respublikasının 7 iyul 1992-ci il tarixli, 201 nömrəli Qanunu ilə təsis edilib. Yeri gəlmişkən, həmin bu "Ay-Ulduz" medalı "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 6 fevral 1998-ci il tarixli, 429-IQD nömrəli Qanununa əsasən "Qızıl Ulduz" medalı ilə əvəz edilmişdir.

Xatırladaq ki, Azərbaycanın ilk 11 Milli Qəhramanı olub. Bu Fərman 6 iyun 1992-ci ildə imzalanıb.
1) Məhərrəm Mirəziz oğlu Seyidov
2) İlham Müzəffər oğlu Əliyev
3) Yuri Petroviç Kovalyov
4) Mikayıl Əhmədiyyə oğlu Cəbrayılov
5) Əlif Lətif oğlu Hacıyev
6) Səfəralı Qurban oğlu Məmmədov
7) Yusif Əliyusif oğlu Əliyev
8) Vüqar Tofiq oğlu Hüseynov
9) Nofəl Zahid oğlu Quliyev
10) Mehdi Yusif oğlu Abbasov
11) Valeh Əlizaid oğlu Müslümov
Son olaraq qeyd edək ki, Surət Hüseynov və Rasim Əkbərov bu fəxri addan məhrum edilib. Hazırda Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən şəxslərin və hərbi qulluqçuların sayı 219 nəfərdir.Milli Qəhrəman adına layiq görülmüş Rövşən Əkbərov isə həbsdədir.

Əntiqə Rəşid

Digər xəbərlər
21:01 Qabığını limonla qaynadıb için - Bütün tıxanmış damarları açır
20:58 Türk Hava Yolları Rusiyaya uçuşları BƏRPA EDİR
20:51 Qərar verildi: Ermənistan ehtiyatda olan hərbçiləri bu tarixdə toplayır
20:46 Fikrət Qocanın 90 illiyi qeyd olunacaq
20:43 Səhər "poxmel"ini açmaq üçün diyetoloqdan MƏSLƏHƏT
20:36 Həcc ziyarətinin VAXTI AÇIQLANDI
10:51 Yaşı 30-dan yuxarı şəxslərə çağırış mesajı niyə gəlir?
10:46 Müəllimlərin nəzərinə - Mayın 12-də başlanılır