hemle

EMİN AĞALAROVDAN GÖZLƏNİLMƏZ PAYLAŞIM: XANIMINDAN AYRILDI

Tarix:13-05-2020, 21:32
Baxış Sayı:462

alq artisti Emin Ağalarov həyat yoldaşı Alyona Qavrilovadan ayrılıb.

ONN media xəbər verir ki, o, bu barədə şəxsi instaqram hesabında paylaşım edib.

“Bu, həyatımızda, həqiqətən xoşbəxt bir gün idi! Təəssüf ki, hər şey planlaşdırdığımız kimi alınmadı. Birlikdə yaşadığımız hər gün və gözəl qızımız Afinaya görə sənə səmimi qəlbdən minnətdaram! Sən inanılmaz dərəcədə mehriban, xüsusi insansan. Həyatımızda növbəti vacib mərhələ, əlbəttə, övladımızın tərbiyəsidir və biz buna nail olacağıq. Biz birlikdə çox yol qət etdik və sənə ömrüm boyu böyük hörmətim, minnətdarlıq hissim olacaq”, – deyə Ağalarov qeyd edib.

Alyona Qavrilova da ayrılığına münasibət bildirib. O, bu barədə instaqram hesabında qeyd edib: “Mənə özümə gəlməyə vaxt verin. Mənim üçün çox ağırdır. Bu gün də anamın ad günüdür. Anlayışınız üçün təşəkkür edirəm”.

Qeyd edək ki, Emin Ağalarov Alyona Qavrilova ilə 2018-ci il iyul ayında ailə qurmuşdu.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ