hemle

Son günlər müşahidə olunan intensiv yağıntıların kənd təsərrüfatına təsirləri açıqlanıb

Tarix:24-03-2024, 16:59
Baxış Sayı:240

Son günlər müşahidə olunan intensiv yağıntıların kənd təsərrüfatına təsirləri açıqlanıb

Son günlər ölkə ərazisində hava şəraiti mövsümə uyğun olmayaraq əsasən yağıntılı keçir.

“Report” yağıntılı havanın kənd təsərrüfatına təsirlərini araşdırıb.

Kənd təsərrüfatı üzrə mütəxəssis Mirsahib Zəkiyev bildirib ki, havanın nisbətən yağmurlu və soyuq keçməsi mart ayı üçün xarakterik haldır. Belə aqrometoroloji şəraitin kənd təsərrüfatı sisteminə çox böyük xeyri vardır və heç bir mənfi təsiri gözlənilmir.

Mütəxəssis qeyd edib ki, havanın temperaturu tumurcuqların məhvinə səbəb ola biləcək qədər mənfi olmayıb:

“Həmçinin yağmurlu hava şəraitinin taxılçılıq və dənli paxlalı bitkilərin əkinlərinə böyük faydası vardır. Habelə yazlıq bitkilərin əkinləri üçün şumlanmış sahələrin əkin qatında nəmliyin və rütubətin toplanmasına şərait yaradır”.

M.Zəkiyevin sözlərinə görə, Muğan zonasında, xüsusilə dəmyə şəraitində əkilən taxıl sahələrində intensiv yağışlardan sonra xüsusi canlanma müşahidə olunmaqdadır.

Qeyd edək ki, hələ bir neçə gün də analoji hava şəraitinin müşahidə olunacağı proqnozlaşdırılır.

Digər xəbərlər
21:01 Qabığını limonla qaynadıb için - Bütün tıxanmış damarları açır
20:58 Türk Hava Yolları Rusiyaya uçuşları BƏRPA EDİR
20:51 Qərar verildi: Ermənistan ehtiyatda olan hərbçiləri bu tarixdə toplayır
20:46 Fikrət Qocanın 90 illiyi qeyd olunacaq
20:43 Səhər "poxmel"ini açmaq üçün diyetoloqdan MƏSLƏHƏT
20:36 Həcc ziyarətinin VAXTI AÇIQLANDI
10:51 Yaşı 30-dan yuxarı şəxslərə çağırış mesajı niyə gəlir?
10:46 Müəllimlərin nəzərinə - Mayın 12-də başlanılır