“Ermənistanın məsuliyyətdən yayınmaq üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) gizlənməsinə ehtiyac yoxdur”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova müsahibəsində deyib.
“Ermənistanın KTMT-dən mümkün çıxışı ölkənin real ehtiyaclarına əsaslanmalıdır. Bu qərar respublikanın ilkin milli maraqlarına uyğun gəlmir və Brüsseldə haradasa hazırlanıb”.
Diplomat qeyd edib ki, hər bir ölkənin istədiyi ittifaqlarla münasibətləri inkişaf etdirməyi seçmək hüququ var, lakin bu, reallığa və ölkənin real ehtiyaclarına əsaslanaraq edilməlidir.
O əlavə edib ki, Qərb ssenarilərinə aldanılmamalıdır, dilxoşluq çox təhlükəli ola bilər, çünki söhbət təhlükəsizlik məsələlərindən gedir.
Xatırladaq ki, martın 12-də Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin nümayəndələri İrəvanın qaldırdığı suallara cavab verməsə, Ermənistanın təşkilatdan çıxacağını bildirib. Ermənistanın baş naziri onu da bildirib ki, İrəvan Avropa İttifaqı ilə münasibətləri dərinləşdirməyə hədəflənib.