hemle

Bakı Forumunun ikinci günü başa çatdı

Tarix:15-03-2024, 20:22
Baxış Sayı:0

Bakı Forumunun ikinci günü başa çatdı

“Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun ikinci günü başa çatıb.

Martın 16-dək davam edəcək forum Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Konfransın ikinci günündə “Xoş sözlərdən əməllərə: COP29 qarşısında hansı məqsədlər qoyulmalıdır?”, “İqlim ədaləti”, “Hamı üçün sağlamlıq”, eləcə də “Regional hərbi və iqtisadi ittifaqların rolu” mövzularında panel müzakirələri təşkil olunub.

Bundan əlavə, bu gün BMT Baş Assambleyasının 78-ci sessiyasının sədri Dennis Frensis, eləcə də Türkiyənin xarici işlər naziri Hakan Fidan XI Qlobal Bakı Forumunun iştirakçılarına xüsusi müraciətlə çıxış ediblər.

Türkiyə XİN başçısının çıxışından sonra sual-cavab sessiyası keçirilib.

XI Qlobal Bakı Forumunda bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri - ümumilikdə 70-dən çox ölkədən 350-dən çox qonaq iştirak edir.

Digər xəbərlər
09:50 Xarkovda 40 partlayış qeydə alındı - Yaralılar var
09:44 İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?
09:38 Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sakit okeanın səviyyəsi yüksəlir: Ada dövlətləri yox ola bilər - XƏBƏRDARLIQ
09:32 Azərbaycana keçdiyi bildirilən 2 ermənidən xəbər var
09:29 "Youtube"da nasazlıq yarandı
09:27 Bakı bulvarında sakinləri narahat edən kəskin qoxunun səbəbi bilindi
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?