hemle

Avtomobili olanların NƏZƏRİNƏ - Sentyabrın 1-dən -VİDEO

Tarix:14-03-2024, 21:55
Baxış Sayı:138

Avtomobili olanların NƏZƏRİNƏ - Sentyabrın 1-dən -VİDEO

Azərbaycanın avtomobil parkının təxminən 40 faizini köhnə nəqliyyat vasitələri təşkil edir.

Xezerxeber.az-ın məlumatına görə, köhnə avtomobillərlə bağlı problemləri aradan qaldırmaq üçün onların utilizasiyası nəzərdə tutulub.

Mövzu ilə bağlı danışan nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, həmin avtomobillərin təkrar emalı üçün yeni istehsalat sahəsinin formalaşmasına da ehtiyac var.

Hazırda avtomobil parkında yaşı 10-dan az olan maşınların sayı 20 faiz civarındadır.

Ekspert qeyd edib ki, ictimai nəqliyyatda mobilliyin istənilən səviyyədə olmaması da minik avtomobillərinin idxalını artıran səbəblərdən biridir.
“Təmiz şəhər” ASC-dən isə bildirilib ki, artıq "Nəqliyyat vasitələrinin utilizasiyası fondu" yaradılıb və utilizasiya haqlarının toplanılmasına başlanıb.

Qanunvericiliyin digər aidiyyəti müddəaları isə sentyabrın 1-də qüvvəyə minəcək. Hazırda prosesin elektronlaşdırılması və utilizatorların qeydiyyatı ilə bağlı işlər davam etdirilir.

Digər xəbərlər
22:18 WhatsApp-da yeni funksiya - Tiktok kimi olacaq
22:15 Bu şəxslərə ömürlük 1500 manat verilir
22:13 Bu dərmanları pulsuz ALACAĞIQ
22:11 Miqreni olanlar bu qidaları yeməsin
22:04 Vatikan yeni Papanın taxta çıxacağı tarixi açıqladı
22:02 Prezident və xanımı Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak etdilər - YENİLƏNDİ
21:59 Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyuldu - YENİLƏNDİ
21:54 Birinci sinfə qəbul: Müsahibələrdə uşaqlara hansı suallar veriləcək?