hemle

7 anklav: "Türkiyənin varlığını görən və hiss edən" "Daşdəmir"in son halı...

Tarix:12-03-2024, 19:00
Baxış Sayı:4

7 anklav: "Türkiyənin varlığını görən və hiss edən" "Daşdəmir"in son halı...

Bu gün martın 12-də İrəvanda mətbuat konfransı keçirilib .

Konfransda Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış edərək bildirib ki, hazırda Azərbaycana qarşı beynəlxalq məhkəmələrə verilən şikayətlərdən imtina edilməsi müzakirə olunur: “Bakı və İrəvanın sülh müqaviləsinin müddəalarını tam razılaşdırdığı və imzalamağa hazır olduqları zaman sözügedən mövzu həllini tapa bilər, çünki tərəflər sülh sazişi imzalayırsa, niyə bir-birilərinə qarşı hüquqi müstəvidə mübarizəni davam etdirsinlər ki?! Ermənistan üçün bu, vacib məsələdir. Müqavilə imzalanacağı zaman hər iki tərəf beynəlxalq müstəvidə bu addımı atmalıdır”.


Konfransda baş nazirin digər açıqlamaları da maraq doğurub:”Mümkündür ki, delimitasiya prosesi Tavuş bölgəsindən başlasın. Danışıqlar prosesində bəzən belə bir fikir yaranırdı ki, biz müəyyən reallıqları nəzərə alaraq müəyyən ərazi mübadiləsi apara bilərik, o mənada ki, de-yure sərhəd olsa da, faktiki reallıqları nəzərə alaraq, müəyyən dəyişikliklər etməliyik. Belə imkanlar kiçikdir və prosesi deformasiya edə və əlavə risklər gətirə bilər”


Paşinyan fikirlərinə aydınlıq gətirərək fikrini belə tamamlayıb:” Mən həmişə demişəm ki, demarkasiya və delimitasiya prosesi ən qısa müddətdə həyata keçirildikdə paralel olaraq üç mühüm şərt təmin olunacaq: gedən prosesin hüquqi əsası, funksional məsələlərin həlli və təhlükəsizlik. Delimitasiya olunmuş sərhəd artıq bu sektorun uzunmüddətli sabitliyinin dəmirlə örtülmüş qarantına çevrilməlidir”.
Qeyd edək ki, jurnalistlər konfransda Paşinyanın belə “yola yaxın” olmasının səbəbini soruşmağa ehtiyac qalmayıb . O vurğulayıb ki, Azərbaycanla üz-üzə danışsaq belə, Türkiyənin varlığını görür və hiss edirik.

P.S. Adın nədir - Daşdəmir, yumşalısan, yumşalı.


Əntiqə Rəşid

Digər xəbərlər
21:54 Aşıq Mikayıl Azaflı – 100 Qoca Azaflıyam, dilim var, lalam
21:49 Göyçaydakı hadisənin səbəbi qida zəhərlənməsi deyil - AQTA
21:44 "WhatsApp"da yeni funksiya
21:42 Azərbaycanda bu sahibkarlar kredit tarixçəsinə dair məsuliyyətdən azad edilir
21:40 Wi-Fi-ı söndürmədən yatmayın - Diqqət
21:36 Ürək cərrahı ölümcül riskləri müəyyənləşdirən 5 dəqiqəlik ev testini açıqladı
21:34 Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalandı
21:30 Rusiya böyük savaşa hazırlaşır: Putin hər an hücum əmri verə bilər