hemle

Paklıq, barış və bağışlanma: On bir ayın sultanı Ramazan başladı

Tarix:11-03-2024, 09:14
Baxış Sayı:3

Paklıq, barış və bağışlanma: On bir ayın sultanı Ramazan başladı

Bu gün Azərbaycanda Ramazan ayı başlayır.

Hemlemedia.az xəbər verir ki, bu il hicri təqvimlə Ramazan ayının 1-i miladi təqvimlə 2024-cü il martın 11-nə təsadüf edir.

Ramazan ayının ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni martın 28-də olacaq. İkinci qədr gecəsi martın 30-da (Ramazan ayının 20-dən 21-nə keçən gecə), üçüncüsü aprelin 1-i və sonuncusu aprelin 5-də olacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvasına əsasən, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır.

Oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. QMİ Qazılar Şurasının qənaətinə görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür. Qeyd olunur ki, fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.

Qeyd edək ki, Şəvval ayının 1-də, aprelin 10-da Azərbaycanda Ramazan (Fitr) bayramı qeyd olunacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkədə iki gün - aprelin 10-da və 11-də bayram günləridir.

Digər xəbərlər
10:28 "WhatsApp"dan 15 il sonra bir ilk
10:20 "iPhone" istifadəçiləri üçün çoxdan gözlənilən YENİLİK
10:10 Ürək çatışmazlığına çarə tapıldı
10:04 ABŞ dəhşətli fəlakətlərlə üz-üzə - Güclü sunami, böyük zəlzələ...
09:55 İran nüvə dosyesi ilə bağlı hərəkətə keçdi
09:51 Türkiyədə "Mərmərə kabusu" GERİ DÖNÜR - Alimlər həyəcan təbili çaldılar
09:46 Bu gün hava necə olacaq? - PROQNOZ
19:06 Rusiyadan vətəndaşlarına çağırış: Bu ərazilərə getməyin!