hemle

Haitidə silahlı dəstələr prezident sarayına hücum etdilər

Tarix:9-03-2024, 17:25
Baxış Sayı:0

Haitidə silahlı dəstələr prezident sarayına hücum etdilər


Haitidə seçkilərə qarşı çıxan və ölkənin Baş naziri Ariel Henrinin istefasını tələb edən silahlı quldur dəstələri hökumət binalarına, polis bölmələrinə və paytaxt Port-o-Prinsdəki prezident sarayına hücum ediblər.

Hücumlar müxtəlif hökumət binalarına və polis məntəqələrinə eyni vaxtda edilib. Hazırda paytaxtda atəş səsləri eşidilir.

Eyni zamanda, iki həbsxanaya hücum edən silahlı dəstələr oradakı məhbusların əksəriyyətini azadlığa buraxıblar. Ölkədə fövqəladə vəziyyət rejimi və komendant saatı tətbiq olunub. Döyüşlər zamanı 10-dan çox silahlı quldurun öldürüldüyü bildirilir. Polisin itkiləri ilə bağlı hələlik məlumat yoxdur.

Qeyd edək ki, Haitidə hökumət binalarına və infrastruktur obyektlərinə hücumlar martın əvvəlində başlayıb. Ölkənin ən güclü quldur dəstələri hökumətə qarşı birləşib. ABC telekanalının məlumatına görə, Haitinin baş naziri vəzifəsini icra edən Ariel Henri hücumlar başlayanda ölkədə olmayıb və təhlükəsizlik baxımından geri qayıda bilməyib.

İğtişaşların başlamasına Ariel Henrinin Karib hövzəsi liderləri ilə görüşündə 2025-ci ilin ortalarında ölkədə ümumi seçkilərin keçirilməsi ilə bağlı razılığı səbəb olub. Silahlı dəstlərə başçılıq edən sabiq polis zabiti Cimmi Şerizye baş naziri istefa çağırıb və əks-təqdirdə hökuməti vətəndaş müharibəsi ilə hədələyib.

Bu seçkilər 2021-ci ilin iyulunda ölkə prezidenti Jovenel Moizin öldürülməsinin ardınca baş nazirin nəzarəti ələ keçirməsindən sonra Haitidə ilk seçki olacaq. Hazırda ölkənin nə prezidenti, nə də parlamenti var.

Digər xəbərlər
12:16 25 ilə insanlar 1000 il yaşaya biləcək
12:11 Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
12:04 Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat
11:52 Bu gün 33 dərəcə isti olacaq
11:36 Rusiya ABŞ və İrana görə HƏRƏKƏTƏ KEÇDİ
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK