Ölü ikən də minlərlə insan ölümünə bais olan lənətlənmiş diktator:71 il əvvəl dəfn...
Tarix:9-03-2024, 16:23
Baxış Sayı:5
Tək təbəəsində olan tək-tək insanların deyil, türk əsilli toplumların, xalqların düşməni hesab edilən Stalin 29 il diktatorluğu ilə nəinki SSRİ-də eləcə də bütün dünyada dəhşət saçan 1 nömrəli diktator olub. Onun "Böyük təmizləmə" dövrü adlanan kütləvi repressiyaların nəticələrini indiyə qədər heç bir diktator yeniləyə bilməyib.
1928–1932-ci illərdə SSRİ-də kənd təsərrüfatının məcburi kollektivləşdirilməsi (kolxoz-sovxoz qurulması )zamanı dövlət siyasətinin istiqamətlərindən biri kəndlilərin antisovet hərəkətlərinin yatırılması və bununla bağlı "qolçomaqların bir sinif kimi ləğv edilməsi" – "mülkiyyətsizləşdirilməsi" kimi bir plana başlandı.
Plana görə, əlində xırda imkanı olan hər kəsi, hər bir kənd , şəhər əhalisini repressiyalara məruz qoydu. Sadə xalqın əlindəki var-dövləti mənimsədi, etiraz edənləri yerindəcə güllətdirdi, Sibirə Rusiyanın ayaq dəyməyən ərazilərinə məcburən köçürdü. “Qolçomaq” əməliyyatları xüsusən türk toplumlarında daha əzazillliklə həyata keçirilirdi.
Kazan tatarları, Balkarlar, Qaraçaylar Krım tatarları, qazaxlar, türkmənlər, özbəklər, qırğızlar, ahıska türkləri, azərbaycanlılar, başqırdlar, yaqutlar, udmurtlar Stalinin “qolçomaq” şıltaqlığını ağır bədəllərlə ödədilər. Şəhərlərdə isə fabrik, zavodlar, şaxtalar, sexlər, kiçik sənaye obyektləri Stalin repressiyasının həfəfində idi. Sadə xalqa divan tutan böyük həbsxananın başçısı təbələrini sanki qurbanlıq kimi sıraya düzür, beləcə əvvəl tək-tək, daha sonra isə kütləvi şəkildə məhv edirdi.
Adını "Ziyanvericilər" ilə mübarizə” qoyub qırmızı inqilabın tikanlı məftilə salınmış bir həbsxana olduğunu anlayan ölkənin gözüaçıq, işıqlı-ziyalı qismini dəhşətli repressiyalara məruz qoyan Stalin tezliklə böyük bir müti insanlar diyarı yaratmağa nail oldu. Əzablı yollarda xəstəlikdən, dərddən, əzabdan, sürgün ağrılarından minlərlə Axısqa türkü həlak oldu, bütün siyasi hüquqlardan məhrum edildi.
Sənədlərində onların milliyyətinin Türk yazılması yasaq edildi, adları başqa-başqa xalqların adı ilə adlandırıldı. Gürcülər onlara müsəlman gürcü adını yapışdırmağa çalışdı. Bəs bu sürgünlər niyə məhz Qazaxıstana edilirdi? Stalin niyə xalqları bu əraziyə sürgün edirdi? Sualın cavabını tarixçi-alim Əkbər Nəcəf verib:"Stalin dövründə sürgün edilən xalqlar (krım, axıska və Şimalı Qafazdakıların) əsasən Qazaxıstana göndərilirdi. Bunun səbəbi 1928-1933-cu illərdə Sovetlərin Qazaxıstanda tətbiq etdikləri və böyük iflasa uğrayan "kollektivləşdirmə" siyasəti idi.
O vaxta qədər əsasən köçəri olan qazaxların başlıca məşğuliyyəti heyvandarlıq idi. 1929-ci ildə 4 milyondan çox qazaxın əlində 30 milyondan artıq heyvan vardı. Sovetlər qazaxların əlindən heyvanlarını alıb, onlara torpaq sahələri verərək kəndliləşdirəcəklərini fikirləşmişdilər. Bu məntiqsiz plan, böyük bir fəlakətə səbəb oldu:
1. Qazax torpaqlarının əkinə yararlılığı öyrənilməmişdir və ya nəzəri öyrənilmiştir;
2. Toprağı işləyən insan gücü ilə heyvanı saxlayan insan gücü arasındakı fərqi hesaba qatmamışdılar;
3. Köçəri olan əhalinin oturaq həyat keçməsinin təbii və başlıca ehtiyacları qarşılanmamışdı.
Nəticədə, Qazaxıstanda doqquz ilə ərzində əhali yarı yarıya azaldı. 1939-cu il əhali göstəricilərində Qazaxların 2 milyona yaxını aclıqdan ölmüşdür və geriya sadəcə 2 milyon 300 min əhali qalmışdı. Heyvan sayı isə 4 milyona qədər düşmüşdü.
Həm Qazaxıstandakı insan boşluğunu doldurmaq, həm də Qazax torpaqlarında əkinə yararlı hala gətirmək üçün sürgünlərin ünvanı məhz bu ölkə idi.
1991-ci ildə tarixçi V. N. Zemskov "Sotsis" jurnalında diqqətlə öyrənilmiş arxivlərin məlumatlarını dərc etdi: ümumilikdə 1921-ci ildən 1954-cü il fevralın 1-dək 3.777.380 nəfər əks-inqilabi cinayətlərə görə, düşərgələrdə və həbsxanalarda bir müddət saxlanmağa məhkum edilmiş, 642.980 nəfər güllələnmə cəzasına məruz qalmışdır. SSRİ DTK-nın sədri V. A. Kryuçkov siyasi repressiyaların statistikasını göstərirdi: o, 1930–1953-cü illər üçün SSRİ DTK-da qeydiyyat haqqında məlumatlara dəfələrlə istinad etdi. — 3.778.234 siyasi məhbus, onlardan 786.098-i ölüm cəzasına məhkum edilib. Amma bu qorxu və dəhşətlərin yaratdığı abu havada Stalin şəxsiyyətinə böyük bir pərəstiş dövrü başlamışdı. Bu qaniçən qatil "Xalqların Atası” adlandırılırdı.
Nəhayət 1953-ci ilin 5 martında yayılan rəsmi xəbər SSRİ-nin stalinsevər milyonlarla insanını sarsıtdı: “Yoldaş Stalin vəfat edib”. Həmin gün Kremlə axışan milyonlarla insan sanki onlara edilən pislikləri unudub günahsız insanların qanı ilə qidalanan bu vampirlə son görüşə axışırdı.
Xəbər yayılmışdı ki, Stalin beyninə qan sızması nəticəsində iflic olub və onu sağaltmaq mümkün olmayıb. Günahsız qanlara, insan həyatlarının bitməsinə bais olmuş, günahsızların ah-naləsinə tuş gəlmiş Stalin əslində lənətlənmiş biri idi.
Lənətlənmiş vampirin cənazəsi 1953-cü ilin 9 martında Lenin Mvzaleyinə götürülür. Dəfndə iştirak etmək üçün Qızıl meydan insanlarla dolmuşdu. Şahidlərdən biri çox sonralar yazırdı ki, insanlar bir –birini qucaqlayaraq ağlayır, hönkürtü səsləri göyə yüksəlirdi. Sürgün, güllələnmə, evi müsadirə olunma, var-dövləti əlindən alınma, üstünə “xain”, “satqın” etiketi yapışdırılma qorxusundan gözləri qorxmuş müti insanlar Stalini yanıqla, ah-nalə ilə ağlayırdılar.
Həmin gün “xalqların atası” , "dahi rəhbərim” deyib dəfn mərasiminə kütləvi şəkildə axın edən insanlar daha ağır bir hadisəylə qarşılaşdılar. Daha doğrusu, Gözəgörünməz bir QÜVVƏ tərəfindən cəzalandırıldılar. Beləki, dəfn zamanı basabas düşür və xeyli insan ölür. Kifayət qədər də insan xəsarətlər alır.
O zaman həlak olanların dəqiq sayı hələ də məlum deyil, lakin ölənlərin sayı kifayət qədər çox olub. Həmçinin bir fakt da məlumdur ki, basabasda həlak olanlardan biri "1422" nömrəsi alıb. Nömrələmə, yalnız o cəsədlər üçün aparılırdı ki, onları qohumlarının və ya dostlarının köməyi olmadan müəyyən etmək mümkün deyildi.Lənətlənmiş birinə layiq olmadığı sevgini nümayiş etdirərsən.... Olacağı bu.