hemle

Buraxılış imtahanının nəticələri nə vaxt açıqlanacaq? - RƏSMİ

Tarix:4-03-2024, 12:30
Baxış Sayı:6

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi 3 mart tarixində (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

30 şəhər və rayonda təşkil olunan imtahanda 52 mindən artıq şəxs iştirak edib.

Modern.az buraxılış imtahanının nəticələrinin nə vaxt elan ediləcəyini öyrənmək üçün Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxlayıb.

Qurumun mətbuat katibi Xanlar Xanlarzadə saytımıza açıqlamasında bildirib ki, martın 4-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq:

“İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur. Xatırladaq ki, buraxılış imtahanlarında ilk dəfə olaraq imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) doğru cavab etalonları da imtahandan dərhal sonra Mərkəzin saytına yerləşdirilib".

Qeyd edək ki, ötən il keçirilən buraxılış imtahanlarının da cavabları imtahan günündən təxminən 1 ay sonra açıqlanmışdı.

Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...