hemle

Navalnı bu gün dəfn olunacaq... - Mərasim necə planlaşdırılıb?

Tarix:1-03-2024, 12:42
Baxış Sayı:0

Navalnı bu gün dəfn olunacaq... - Mərasim necə planlaşdırılıb?

Rusiyada həbsxanada dünyasını dəyişən, Rusiya prezidenti Vladimir Putinin ən mühüm əleyhdarlarından olan müxalif siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskvada keçiriləcək.

Navalnının dəfnindən bir neçə saat əvvəl onun komandası mərasimin təşkilində çətinliklə üzləşdiklərini bildirib.

Navalnının sözçüsü Kira Yarmış cəsədi kilsəyə aparmaq üçün cənazə maşını tapa bilmədiklərini qeyd edib: "Bizim tanımadığımız adamlar meyitxanalara zəng edərək Alekseyin cəsədini götürməməklə bağlı hədələyirlər".

Dəfn mərasiminin bu gün yerli vaxtla saat 14:00-da Moskvanın Maryino rayonundakı kilsədə keçirilməsi planlaşdırılır. Navalnının cənazəsi daha sonra yerli vaxtla saat 16:00-da yaxınlıqdakı Borisovskoye qəbiristanlığında dəfn ediləcək. Dəfn mərasimi Navalnının "YouTube" kanalında da canlı yayımlanacaq.

Onun komandası marşrutun xəritəsini paylaşaraq rusları dəfn mərasimində iştirak etməyə çağırıb. Onlar həmçinin Seuldan Romaya, Monrealdan Stokholma kimi xaricdə Navalnının anım mərasimlərinin keçiriləcəyi yerlərin siyahısını paylaşıblar. Bu gün Moskvada keçiriləcək dəfn mərasiminə neçə nəfərin qatılacağı bəlli deyil.

BBC-yə danışan Navalnının şəxsi katibi olmuş Leonid Volkov Moskvada dəfn mərasimi zamanı baş verə biləcəklərdən narahat olduğunu bildirib: "Qorxuram ki, sürprizlər ola bilər... Düzünü desəm, indi bilmirəm, insanlara həqiqətən Aleksey ilə vidalaşmağa icazə verəcəklərmi".

Volkov əlavə edib ki, Navalninin komandası dəfn mərasiminin keçirildiyi kilsədə də problemlərin ola biləcəyindən narahatdır.

Qeyd olunub ki, 2015-ci ilin martında minlərlə insan qətlə yetirilən müxalifətçi siyasətçi Boris Nemtsova ehtiramlarını bildirmək üçün küçələrə çıxmışdı, lakin indi çətin ki, prezident Vladimir Putinin başqa bir rəqibi üçün də oxşar ictimai dəfnə icazə verilsin. Son illər Rusiya hakimiyyəti müxalifətin istənilən fəaliyyətinə qarşı sərt tədbirlər görür. Navalnının ölümünü anmaq cəhdləri sərt reaksiya ilə qarşılanıb,  yüzlərlə insan saxlanılıb.

Sosial mediada paylaşılan fotolarda həm anma mərasiminin keçiriləcəyi kilsənin, həm də Navalnının dəfn ediləcəyi qəbiristanlığın yaxınlığında çoxlu polis məmurları və baryerlər görünür. Çoxlu təhlükəsizlik kameralarının quraşdırıldığı bildirilib.

Bir qrup hüquqşünas və hüquq müdafiəçisi sosial şəbəkələrdə Navalnının dəfn mərasiminə getməyi planlaşdıranlara məsləhətlər verib. Onlar “hökumətyönlü fəalların” təxribat xarakterli hərəkətlər edə biləcəyi barədə xəbərdarlıq edib və insanları diqqətli olmağa çağırıb: “Nəzərə almaq lazımdır ki, mərasimdən sonra həbslər ola bilər... Dəfn mərasimindən sonrakı günlərdə təhlükəsizlik qüvvələrinə görünməyin, ictimai nəqliyyatdan istifadə etməyin, bürokratlara müraciət etməyin”.

Tövsiyələrə Navalnının şəklinin və ya Rusiya hakimiyyəti tərəfindən ekstremist təşkilat elan edilmiş Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondunun simvolu olan hər hansı əşyanın daşınmaması da daxildir.

Həm övladları, həm də həyat yoldaşı xaricdə olduğu üçün bir həftə əvvələ qədər hakimiyyətdən oğlunun cəsədini almağa çalışan anası Lyudmila istisna olmaqla, Navalnının dəfnində ailəsindən kiminsə iştirak edə biləcəyi məlum deyil.(BBC)

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış