hemle

Bu gün qadınlara “yox” deyən kişilər hədiyyə alırlar

Tarix:29-02-2024, 09:14
Baxış Sayı:1

Bu gün qadınlara “yox” deyən kişilər hədiyyə alırlar


Hər 4 ildən bir fevral ayının sonuncu günü ilə bağlı (29 fevral) bəzi ölkələrdə müxtəlif inanclar var. Dörd ilin ən uzun fevral ayı kimi qəbul edilən həmin gündə fərqli adətlər yerinə yetirilir.

Bu təqvimlə bağlı maraqlı məlumatları təqdim edirik:

İrlandiyada: Bu gündə qadınlar kişilərə evlilik təklif edə bilərlər. Kişilərdən neqativ cavab alan qadınlar isə onlardan hədiyyə almalıdır. Belə ki, "yox" deyən kişi qadına əlcək və ya ipək xalat almalıdır. Bu, subaylıq gecəsi və qadınların imtiyazı kimi qəbul edilir. Sözügedən inanc isə qədim adətlə bağlıdır. Əfsanəyə görə, kişilər evlilik təklifi etmək üçün ləng tərpəndiyi üçün Bricit Müqəddəs Patrikə qadınların ərə getmək üçün çox gözləməli olması ilə bağlı şikayətlənir. O, qadınlara da evlilik təklif edə bilmək üçün icazə verilməsini istəyir. Bununla da təqvimin sözügedən günü qadınların evlilik təklif etməsi üçün seçilir.

Bəzi ölkələrdə 29 fevral uğurlu, bərəkətli gün sayılır. Məsələn, əgər bir şəxsin doğum günü fevralın 29-a düşərsə, onun fitri istedada malik olacağına inanılır. Şotlandiyada və Yunanıstanda isə əksinədir, bu gün uğursuz hesab olunur. Onlara görə, həmin gecədə mistik ağırlıq var və insanlar mütləq problemlərlə qarşılaşırlar. Hətta bu günün uğursuzluğuna o qədər inanılıb ki, 19-cu əsrin bir çox mədəniyyət nümunələrində bu günün uğursuzluğu göstərilməyə çalışılıb. (“Qafqazinfo”)

Digər xəbərlər
10:28 "WhatsApp"dan 15 il sonra bir ilk
10:20 "iPhone" istifadəçiləri üçün çoxdan gözlənilən YENİLİK
10:10 Ürək çatışmazlığına çarə tapıldı
10:04 ABŞ dəhşətli fəlakətlərlə üz-üzə - Güclü sunami, böyük zəlzələ...
09:55 İran nüvə dosyesi ilə bağlı hərəkətə keçdi
09:51 Türkiyədə "Mərmərə kabusu" GERİ DÖNÜR - Alimlər həyəcan təbili çaldılar
09:46 Bu gün hava necə olacaq? - PROQNOZ
19:06 Rusiyadan vətəndaşlarına çağırış: Bu ərazilərə getməyin!