hemle

Biz Qarabağa qayıtmasaq

Tarix:28-02-2024, 14:20
Baxış Sayı:344

Biz Qarabağa qayıtmasaqƏziz həmvətənlərimiz!

Ali Baş Komandan Cənab İlham Əliyevin başçılığı ilə başlanan və Zəfərlə bitən tarixi qələbənin qazanılmasında nümayiş etdirdiyi qətiyyətli mövqe xalqımıza, o cümlədən hər birimizə böyük sevinc və qürur hissi yaşatdı...
Əziz həmvətənlərimiz! Öz yurdunda bir ömürdə iki dəfə qaçqın düşmək heç də asan bir şey deyil. 30 illik ağrı-acı, həsrət bəlkə də bir daha yetişməyəcək Vətən oğullarının qanı, canı bahasına (bitdi) düşməndən geri alındı. Təmiz və sağlam qan, güclü və dözülməz gen mənsub olduğu millətin ən güclü və böyük silahıdır bu silahın sahibini nə məğlub etmək olar, nə də susdurmaq olar. Belə olarsa həmin sağlam qana və genə mənsub millətləri qalib saymağa haqqı çatır. Mən bütün bunları Azərbaycanda gördüm. Azərbaycan xalqının milli qürür qəhrəmanlıq, şücaət, mərdlik, mübarizlik, dürüstlük, təmizlik ,xeyirxahlıq... torpaq və vətən sevgisi kimi komponentləri dünya alimləri tərəfindən diqqətlə araşdırılıb.Bir milləti məhv etmək üçün əvvəlcə gərək onun genini zəbt edəsən. Son 30 ildə Qarabağı işğal edərək bizi öz torpaqlarımızdan didərgin salmaqda ermənilər və onların havadarlarının əsas məqsədi bizim genimizi məhv etmək idi. Onlar yaxşı bilirdilər ki bizim dözüm qabiliyyətimiz , düşüncə və məntiq tərzimiz, döyüşkən əhval ruhiyyəmiz, vətən və millət sevgimiz, torpağa bağlılığımız başqa Qafqaz xalqlarındakından fərqlidir. Vətən müharibəsi bunu bir daha göstərdiki onların bu mənfur niyyətləri baş tutmadı. Lakin təəssüflə qeyd etmək lazımdır ki bu saf qan, gen get-gede azalmaqdadır. Əziz Qarabağlılar bizim zaman və məkanımız pozmaqla genimizi parçalamaq istədilər, bəlkə də bu bizim növbəti 30 ildəki faciəmizin bünövrəsidir, söhbət burada fərddən yox millətdən və xalqdan gedir əgər bizim genimiz ölərsə gələcəkdə Azərbaycan millətinin bir etnik qrup kimi yaşaması və məhv olması labüd olacaq. Biz hamılıqla Qarabağımıza qayıtmalıyıq. Taleyimizdə elə zaman gəldiki öz dədə - baba yurdumuzdan didərgin düşərək ölkənin bütün bölgələrinə yayıldıq. Gen və sindiromlarımız bir - birinə qarışdı. Qarabağın təmiz qanı, sağlam geni öz təbiiliyindən çıxıb süniləşməyə başladı. Bu bir acı həqətdir ki süni şəraitdə yetişdirilən genlər özlərini mübariz və döyüşkən əhval ruhiyyəsini əks etdirən səhifələrinə biganə olacaq və zaman keçdikcə onlar öz məkanlarını unudub yaddan çıxaracaqlar. Təəssüflər olsun ki etiraf etməsəkdə artıq bu düşüncə hamımızın şüuraltına yerləşmişdir. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin apardığı güclü və uğurlu siyasət, yaratdığı ordu bizi bu kabusu qəbul etməkdən bir dəfəlik xilas etdi. Artıq bizim Qarabağda maneəsiz yaşamağımız üçün heç bir əngəl qalmadı. Xüsusən də Qarabağda xüsusi təyinatlı hərbi hissələr yaratmaqla gözünü Qarabağa dikmiş işğalçılıq ruhu ilə yaşayanlara laiqli bir dərs verdi. Gəlin hamımız Qarabağa qayıdaq.Hər qarışı şəhidlərimizin qanı ilə sulanmış Qarabağ torpağını, itməkdə olan genimizi, talan olan yurdumuzu dirçəltmək bizlərin mənəvi borcudur.Bu mənəvi borcu yerinə yetirməklə bütün dünyaya göstərək ki Azərbaycan xalqının saf qanı, sağlam geni daim var olub, olacaq da. Əziz Qarabağlılar gəlin öz ata-baba yurdumuza qayitmaqla yenə də döyüşkənlik, mərdlik doğru və dürüstlük torpağına bağlı olan oğul və qızlar yetişdirərək. Eyni zamanda nəsillərimiz arasında möhkəm qohumluq əlaqəsi qurmaqla gün gələndə hər biri düşmən üçün keçilməz sədd olsun. Qarabağ torpağının coğrafi mövqeyi, təbiəti möcüzələr yaratmağa qadirdir hamılıqla bu torpaqlara qayıtmaqda əsas məqsədimiz itməkdə olan genlərimizi cavanlaşdırmaq, xəstəliklərdən təmizlənməsi, inkişafı, müxtəlif viruslara, xəstəlik daşıyıcılarına qarşı davamlı genlərin əmələ gəlməsinə kömək etmək Vətən qarşısında borcumuzdur. Əziz Qarabağlılar! Milli strateji maraqlarımızın qorunması naminə, müstəqil Azərbaycanın xəritədən silinməsi bir etnik qrup kimi məhv olması millətin millət kimi bir neçə əlavə etnik qrupa parçalanması ehtimalına əbədiyyən son qoyaq. Hamılıqla Qarabağda görüşmək ümidi ilə!

Həzi Hacıbəyli
“Ziyalı” jurnalının baş redaktoru

Digər xəbərlər
21:54 Aşıq Mikayıl Azaflı – 100 Qoca Azaflıyam, dilim var, lalam
21:49 Göyçaydakı hadisənin səbəbi qida zəhərlənməsi deyil - AQTA
21:44 "WhatsApp"da yeni funksiya
21:42 Azərbaycanda bu sahibkarlar kredit tarixçəsinə dair məsuliyyətdən azad edilir
21:40 Wi-Fi-ı söndürmədən yatmayın - Diqqət
21:36 Ürək cərrahı ölümcül riskləri müəyyənləşdirən 5 dəqiqəlik ev testini açıqladı
21:34 Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalandı
21:30 Rusiya böyük savaşa hazırlaşır: Putin hər an hücum əmri verə bilər