hemle

Ceyhun Bayramov Toivo Klaarı qəbul edib

Tarix:22-02-2024, 17:34
Baxış Sayı:0

Ceyhun Bayramov Toivo Klaarı qəbul edib


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

XİN-dən verilən xəbərə görə, görüşdə tərəflər Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyətini, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin və sülh sazişi layihəsi perspektivlərini müzakirə ediblər.

Nazir Ceyhun Bayramov uzun sürən sabitlikdən sonra heç bir təhrikedici amil olmadan snayper atəşi nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən Ermənistan təxribatının sülh prosesinə zərbə vurmaq məqsədi daşıdığını diqqətə çatdırıb.

Sülh sazişi layihəsinə gəldikdə ölkəmizin növbəti şərhlərinin Ermənistan tərəfinə təqdim edildiyi və bu istiqamətdə danışıqlar prosesinin başlamasında maraqlı olduğumuz diqqətə çatdırılıb. Bununla yanaşı, Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar bir daha xatırlanıb və bu iddiaların qəbuledilməz olduğu vurğulanıb.

Görüşdə habelə, tərəflər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
09:50 Xarkovda 40 partlayış qeydə alındı - Yaralılar var
09:44 İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?
09:38 Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sakit okeanın səviyyəsi yüksəlir: Ada dövlətləri yox ola bilər - XƏBƏRDARLIQ
09:32 Azərbaycana keçdiyi bildirilən 2 ermənidən xəbər var
09:29 "Youtube"da nasazlıq yarandı
09:27 Bakı bulvarında sakinləri narahat edən kəskin qoxunun səbəbi bilindi
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?