hemle

Prezident Ankarada Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO/YENİLƏNDİ

Tarix:19-02-2024, 15:45
Baxış Sayı:7


Azərbaycan Prezidenti İlham Əliyev Həmlə.az fevralın 19-da Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.

Dövlət başçısı Ümummilli Lider Heydər Əliyevin parkda ucaldılan abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad etdi.

Qeyd edək ki, ərazisi təxminən 10 min kvadratmetr olan Heydər Əliyev Parkı 2004-cü ildə salınıb. 2012-ci ildə parkda əsaslı yenidənqurma işləri görülüb. Nəticədə bu park Türkiyə paytaxtının ən gözəl istirahət məkanlarından birinə çevrilib. Parkın girişində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2004-cü il aprelin 4-də əkdikləri Xan çinarı ağacları və bu barədə məlumatın qeyd edildiyi mərmər lövhələr var. Bu istirahət məkanındakı şərait - mərasim meydanı, idman meydançası, uşaq əyləncə sahəsi bütün yaş qrupundan olan şəhər sakinlərinin zövqlərinə uyğun istirahət etmələri üçün imkanlar yaradır.

Heydər Əliyev Parkında 1200 nəfərlik amfiteatr fəaliyyət göstərir ki, burada müxtəlif bədii-kütləvi tədbirlər və konsertlər təşkil olunur.

Parkın ərazisində tikilən “Buta” Azərbaycanı Təbliğ Evi milli mədəniyyətimizin qardaş ölkədə təbliğinə öz töhfəsini verir.

***

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da Türkiyənin paytaxtı Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Digər xəbərlər
12:27 Bu meyvə şirəsində zərərli maddə tapıldı - Marketlərdən yığışdırılır
12:24 Qızıl və gümüş ucuzlaşıb
12:19 7.2 ballıq zəlzələ olacaq, xeyli insan öləcək - Professordan xəbərdarlıq
12:16 Avropa ölkəsində qalmaqal: Hitlerin namizədliyi irəli sürüldü
12:14 Ermənistan-Gürcüstan sərhədi titrədi
12:12 İrəvana qaçan separatçılar Paşinyanın yerlisini özlərinə “lider” seçir - DETALLAR
12:10 ABŞ Rusiyanın qələbəsini qəbul etdi: Türkiyə açıqladı
12:00 Paşinyanın Estoniya səfərinin sirri - İrəvan nəyə hazırlaşır?