hemle

MİLLİ MƏCLİSİN ŞÖBƏ MÜDİRİ SOSİAL ŞƏBƏKƏDƏ MAŞIN SATIR

Tarix:12-05-2020, 09:27
Baxış Sayı:919

Milli Məclis şəxsi obyektdir sanki. Milli məclidə bütün əməkdaşlar kiminsə qohumudur. Bu dəhşət nə zaman bitəcək. Qudalaşma, qohumlaşma prinsipi ilə Azərbaycanı şəxsi obyektlərinə çeviriblər. Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov bahalı avtomobilini satışa çıxarıb.

Bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb. O bildirib ki, İ.Məmmədov özünün feyzbuk səhifəsində maşın satır. Belə ki, cənab Məmmədov “Turbo.az” saytında satışa çıxardığı özünə məxsus “Porsche Boxter GTS” avtomobilinin elanını öz səhifəsində də yerləşdirib.

Avtomobil 54 min dollara (təxminən 92 min manata) təklif olunub. Elanda qeyd olunduğu kimi, bu komplektasiyada Azərbaycanda ikinci avtomobil yoxdur. Şöbə müdiri onu ikinci avtomobil kimi nadir hallarda sürüb, amma hansı zərurətdən satışa çıxardığı bəlli deyil.
Qeyd edək ki, İlkin Məmmədov keçmiş spiker Oqtay Əsədovun bacısı oğlunun qaynıdır.afn.az




Digər xəbərlər
09:50 Xarkovda 40 partlayış qeydə alındı - Yaralılar var
09:44 İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?
09:38 Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sakit okeanın səviyyəsi yüksəlir: Ada dövlətləri yox ola bilər - XƏBƏRDARLIQ
09:32 Azərbaycana keçdiyi bildirilən 2 ermənidən xəbər var
09:29 "Youtube"da nasazlıq yarandı
09:27 Bakı bulvarında sakinləri narahat edən kəskin qoxunun səbəbi bilindi
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?