hemle

Yardımlıdan ŞOK FAKT: başçı və müavinləri prezidentə kələk gəlib

Tarix:12-05-2020, 09:03
Baxış Sayı:605

Yardımlı rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov, müavinləri Mahir Mirzəyev və Azər Xamıyev rayon sakinlərinə qənim kəsilib.

Bu barədə dosye.org-ın elektron ünvanına şikayət məktubu ünvanlayan rayon sakini iddia edir ki, hər üç məmur ölkə qanunlarını kobud şəkildə pozur, prezident cənab İlham Əliyevin yürütdüyü siyasətə qarşı çıxmaqla biz sakinləri intihara sürükləyir. Əslində, Yardımlı RİH başçısı Ayaz Əsgərovdan əvvəl müavinlər M. Mirzəyev və A. Xamiyev haqqında ölkə mətbuatında kifayət qədər tənqidi məqalələr yayımlanıb. Bütün bunlara baxmayaraq hər iki müavin sanki əhd ediblər ki, öz çirkin əməllərindən belə əl çəkməyəcəklər. Bir sözlə, dövlətin büdcəsini talamaq, sakinləri isə əzib susdurmaqdır.

Dosye.org-a daxil olan digər bir məlumatda bildirilir ki, dövlət tərəfindən Yardımlı rayon icra hakimiyyətinin inşa ediləcək yeni binası üçün 2 milyon manat pulun müəmmalı səbəbdən yoxa çıxdığı məlum olub. Rayon sakinlərin iddialarına görə, Mahir Mirzəyev və digərləri dövlət vəsaitini mənimsəyərək özləri üçün villa tikdirib. Dövlət qurumlarının məsələyə biganə yanaşması və eyni zamanda mənimsənilən dövlət vəsaiti ilə bağlı araşdırma aparılmaması qaranlıq məqamlardan xəbər verir. Necə ola bilər ki, inşa edilən bina tam təhvil verilmir?

Prezident cənab İlham Əliyevin son xəbərdarlıqları Yardımlı RİH başçısı Ayaz Əsgərovu və müvainlər Mahir Mirzəyevi, Azər Xamiyevi zərrə qədər də olsa narahat etmir. Xatırladaq ki, Ağstafa, Yevlax, Neftçala, İmişli rayonların icra başçıları məhz dövlət vəsaitini mənimsəməklə yanaşı, ölkə başçısına qarşı bağışlanılmaz addım atdılar. Eyni ilə baş verən məlum hadisələr Yardımlı rayonunda davam edir. Rayon sakinləri Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşlarını hər an arzulayır, onların haqqını mənimsəyən məmurları tezliklə ifşa edəcəklərini səbirsizliklə gözləyir.

İndicə əldə etdiyimiz məlumatlara görə, Yardımlı rayon icra hakimiyyətinin yeni binası üçün ayrılan 2 milyon vəsaiti Mahir Mirzəyev özünün şəxsi hesabına keçirib. Dəqiq nə qədər mənimsədiyi məlum olmasada, əldə etdiyi bahalı avtomaşınlar, villalar, evlər və obiyektlər sübüt edir ki, M. Mirzəyev dövlətin ayırdığı maaşla sadaladıqlarımıza sahib çıxa bilməz. Araşdırmalarımız davam edir…

Qarşı tərəf kimi hər üç məmru dinləməyə hazırıq.

Digər xəbərlər
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?
22:11 İlham Əliyev “Sea Breeze”dəki layihələrlə tanış oldu
22:06 Bu məlumatlarınız təhlükədə ola bilər - RƏSMİ XƏBƏRDARLIQ
22:03 Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi
22:02 Nazirliyin lisenziya vermədiyi plastik cərrahlar - Onların taleyi necə olacaq?
21:58 “Azəriqaz” İB-nin baş direktoru Bərdə və Tərtər sakinlərinin müraciətlərini dinlədi