hemle

Qorumaq mümkün deyil, Vatsapdan imtina edin!

Tarix:2-02-2024, 08:29
Baxış Sayı:67

Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda qeyd olunduğu kimi, son zamanlar Azərbaycanda Vatsap hesablarına kiber hücumların sayı artıb. Bunun kim və ya kimlər tərəfindən həyata keçirildiyi müəyyən olunmasa da, məqsədli şəkildə baş verdiyi məlum məsələdir.

Bu sözləri İnformasiya Texnologiyaları (İT) üzrə ekspert Fərrux Rəcəbli Vatsap hesablarının oğurlanmasının səbəbləri haqqında danışarkən deyib.

O vurğulayıb ki, təhlükəsizlik tədbirləri belə hesabın qorunmasında rol oynaya bilmir:

“İstifadəçilərə təsdiqləmə kodu, spam mesajlar, hətta təsdiqləmə zəngləri gəlir. Bizə şikayətlər olur ki, Vatsap hesabımız sadəcə, nömrəmiz olan telefondadır. Orada aktivləşdirmişik. Amma doğrulama kodu, yaxud da zəng vasitəsi ilə qeydiyyatı təsdiqləyən mesajlar alırıq. Bəzi hallarda avtomatik olaraq hesablardan çıxış olur. Bu zaman isə bildiriş gəlir ki, sizin Vatsap hesabınıza başqa cihazdan giriş olub. Halbuki heç bir cihazdan giriş olmayıb. Mən özüm də istisna deyiləm. Belə hallarla özüm də qarşılaşıram. Bunun qarşısını almaq üçün Vatsapda iki, üçaddımlı təsdiqləmə, şifrələmə metodları var. Amma reallıqdan danışsaq, bunların heç biri kömək etmir”.

Mütəxəssis hesab edir ki, ən təhlükəsiz yol Vatsapdan imtina etməkdir:

“İT sahəsində çalışan mütəxəsisslər Vatsapdan istifadə etməməyi tövsiyə edir. Çünki Vatsap dünyada ən zəif mesencerlərdən biridir. Vatsapın 70-80 faizi “Dark Veb” kimi tanınan haker dünyasının əlindədir. Onlar tərəfindən idarə olunur. Bunları bildiyimiz halda yenə də danışıqlarda, sənəd mübadiləsində, şəxsiyyət vəsiqələrimiz kimi vacib sənədlərin nömrələrini belə Vatsapa yazmaqda davam edirik. Bu, bizi bank kartlarımızın nömrələrini qeyd etməkdən də çəkindirmir. Qarşı tərəfə mesaj yazanda şəxsi məlumatlarımızı da Vatsap üzərindən rahatlıqla bölüşürük. Bu isə təhlükəsiz deyil. Elə hücumlarda da məqsəd şəxsi məlumatı oğurlamaq, bank kartları ilə bağlı bilgiləri ələ keçirməkdir.

Qorunmaq üçün gərəkli tədbirlər lazımdır. İstifadəçi səviyyəsində mümkün deyil, bu, dövlət səviyyəsində həyata keçirilməlidir. Mən, təhlükəsizlik üçün Vatsapdan istifadənin dayandırılmasını təklif edirəm. Daha təhlükəsiz olan mesencerlərdən istifadəyə üstünlük vermək lazımdır”.

Onun sözlərinə görə, Azərbaycanın rəqəmsal təhlükəsizliyi daha çox qonşu ölkələr tərəfindən pozulur:

“Azərbaycana Rusiya və Ermənistandan kiberhücumların sayı daha çoxdur. Bu siyahıda İranın da adını qeyd etmək olar. Kiberhücumlar banklara, təhsil müəssisələrinə və inşaat sektorlarına yönəlmiş hücumlardır”.(Axar)

Digər xəbərlər
10:05 Türkiyədən dünyanı silkələyən addım: Son dərəcə məxfi hazırlanıb - Okeanda sınaqdan keçiriləcək
10:02 Yunanıstandan təxribat: Rusiya silahlarını Ukraynaya vermədi - Ermənistana göndərir
10:01 Təcili: Dağıdıcı raketlərin Ermənistana çatdırıldığı təsdiqləndi - VİDEO
09:43 Necə qidalanaq ki, gözlərimiz ziyan görməsin?
09:40 Uşaqların kosmetika istifadəsinin fəsadları - Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sinədə ağrılar ürək xəstəliklərindən başqa nəyin əlamətidir?
09:28 Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz et
09:25 Qərb Rusiya ilə bağlı nədə səhvə yol verdi?