hemle

MSK sədrinin müavini: “Azad edilmiş ərazilərdə ilk dəfə 22 mindən çox seçici səs verəcək”

Tarix:30-01-2024, 13:49
Baxış Sayı:43

“Azad edilmiş ərazilərdə ilk dəfə 22 mindən çox seçici səs verəcək”.

Bunu “Report”a müsahibəsində Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.

O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə 26 məntəqə fəaliyyət göstərir və məntəqələr prosesə tam hazırdır: “Seçki bülletenlərinin çatdırılmasını nəzərə almasaq, onları hazır adlandıra bilərik. 22 mindən artıq seçicimiz işğaldan azad olunmuş ərazilərdə olan məntəqələrin seçici siyahılarına daxil edilib. Onlar səsvermə hüququnu həmin məntəqələrdə reallaşdırmaq imkanı əldə ediblər”.

R.Qasımov bildirib ki, bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki 6 seçki məntəqəsində MSK-da akkreditə olunmuş təşkilatlardan biri - Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-nin “Oracle Advisory Group” təşkilatı ilə birgə “exit-poll” həyata keçirəcək: “Həmin ərazilərdəki məntəqələrin hazırlığı prosesi tam başa çatıb və azad olunmuş ərazilərimizdə səs verəcək seçicilərimiz artıq seçki günü öz hüquqlarını sərbəst şəkildə bu ərazilərdə reallaşdıracaqlar”.

MSK sədrinin müavini vurğulayıb ki, bu, tarixi bir şansdır və onlara qibtə etməmək mümkün deyil: “MSK işğaldan azad edilmiş ərazilərdə olan seçicilərimiz üçün xüsusi formatlı bildirişlər hazırlayıb, hansı ki, həmin bildirişlərin üzərində eyni zamanda təbrik mətni də yer alıb. Bu, həqiqətən də əlahiddə və hər insanın həyatında çox rast gəlinməyən hallardandır”.

Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımovla müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Digər xəbərlər
09:50 Xarkovda 40 partlayış qeydə alındı - Yaralılar var
09:44 İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?
09:38 Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sakit okeanın səviyyəsi yüksəlir: Ada dövlətləri yox ola bilər - XƏBƏRDARLIQ
09:32 Azərbaycana keçdiyi bildirilən 2 ermənidən xəbər var
09:29 "Youtube"da nasazlıq yarandı
09:27 Bakı bulvarında sakinləri narahat edən kəskin qoxunun səbəbi bilindi
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?