hemle

SON DƏQİQƏ: AZƏRBAYCAN ÇEMPİONATI LƏĞV EDİLDİ – RƏSMİ

Tarix:11-05-2020, 20:37
Baxış Sayı:454

Bu gün Azərbaycan Voleybol Federasiyası (AVF) ölkə çempionatı ilə bağlı qərarını verib.

Qurumun Mətbuat xidmətindən ONN media -ya verilən məlumata görə, AVF Super Liqa, Yüksək Liqa və I Liqanın bərpa olunmamasını məqsədəuyğun hesab edib.

Nəticədə koronavirusa görə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, martın 14-dən dayandırılan yarışlar davam etdirilməyəcək və 2019/2020 mövsümün oynanılmıs qarşılaşmaları ləğv olunub. Bu da matç sayının eyni olmaması və təxirə salınmış oyunların olması səbəbindən irəli gəlib. Yekun qərara əsasən, klublara heç bir mükafat verilməyəcək.

Digər qərara görə isə 2020/2021 mövsümündə Azərbaycanı avrokubokda təmsil edəcək komanda müəyyənləşib. AVF qadınlardan ibarət “Azərreyl”in Çağırış kubokunda oynamasını məqsədəuyğun sayıb.

Federasiya rəhbərliyi, həmçinin legionerlərlə bağlı tövsiyəsini də klubların diqqətinə çatdırıb. Bildirilib ki, əcnəbilərdən Bakıda yalnız “Azərreyl”in seneqallı voleybolçusu qalıb və onun üçün lazımı şərait yaradılıb.

Oyunçunun uçuşlar bərpa olunduqdan sonra ölkəsinə dönməsinə köməklik göstərilməsi tapşırılıb.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
22:55 Xalq şairi Rəsul Rzanın ev-muzeyi açıldı
22:44 İyunun 2-də qaz kəsiləcək - Bu ərazilərdə
22:36 Böyük Britaniya Ukraynaya nüvə silahının hazırlanmasında kömək edə bilər
22:33 Nevroloji xəstəliklərin səbəbi və müalicəsi - Hansı əlamətlər insultdan xəbər verir?
22:23 Nazirlər Xankəndidə keçiriləcək zirvə toplantısını müzakirə etdilər - YENİLƏNDİ
18:58 XİN beynəlxalq ictimaiyyətə çağırış etdi
18:54 İyunun ilk gününün HAVASI
18:47 Sabahdan milyonlarla insan “WhatsApp” işlədə bilməyəcək