hemle

HƏMAS liderləri Livandan qaçır

Tarix:16-01-2024, 09:40
Baxış Sayı:71

Beyrutda olan HƏMAS hərbi rəhbərlərinin əksəriyyəti sui-qəsd cəhdlərinin hədəfi olmaq qorxusundan Livanın paytaxtını tərk edib.

Bu barədə İsrailin KAN radiostansiyası məlumat yayıb.

Bildirilib ki, HƏMAS Saleh Arurinin məqsədyönlü şəkildə öldürülməsindən sonra liderlərinin təhlükəsizliyini təmin etmək üçün mühüm tədbirlər görüb.

Belə ki, HƏMAS rəsmiləri Livanı tərk edərək Suriya və Türkiyəyə gediblər. Bundan əlavə, qruplaşmanın yüksək səviyyəli lideri Qazi Həmədin Qətərə qaçdığı və Arurinin öldürülməsindən sonra Livana qayıtmadığı bildirilir.

Qeyd edək ki, HƏMAS-ın iki nömrəli lideri Aruri ən azı beş nəfərlə birlikdə Beyrutun cənubunda İsrailin pilotsuz təyyarəsinin endirdiyi zərbə nəticəsində öldürülüb.

Digər xəbərlər
11:06 SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu Qəbələdə baş tutacaq
09:54 Uzun ömür istəyirsinizsə bu 4 qidanı evinizdən uzaq tutun
09:52 Telefonu məhv edən 10 vərdiş - Təhlükəlidir
09:49 Azərbaycanda iş günləri 4-ə endirilir? - MÜHÜM YENİLİK
09:42 Azərbaycandan neçə nəfər "Green Card" qazanıb?
09:36 Alimlər həyəcan təbili çalırlar: Ev pişikləri yeni ölümcül pandemiyaya səbəb ola bilərlər
09:30 Ordumuzun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutuldu
09:24 İrandan iki ərəb ölkəsinə ŞOK TƏKLİF - ABŞ-ın “caynağından” qurtulmaq üçün...