HƏMAS qruplaşması İsrailin Qəzza zolağına zərbələri nəticəsində iki yüksəkvəzifəli üzvünün öldüyünü təsdiq edib.
Bu barədə məlumatı qruplaşma öz teleqram kanalında paylaşıb.
Məlumata görə, sözügedən şəxslər Taysir İbrahim və Vail əz-Zərddir.
Qeyd edək ki, bir neçə gün əvvəl xarici KİV-də HƏMAS-ın yüksəkvəzifəli şəxslərinin ölməsi barədə məlumat yayılıb.