hemle

Dövlət sərhədləri Beynəlxalq aləmdə də qorunur!!! Biz niyə qorxuruq?

Tarix:11-05-2020, 17:57
Baxış Sayı:507

Paşinyan tez tez Azərbaycana necə gəlir? Azərbaycanın hava məkanına necə daxil olur? Paşinyan öz komandası ilə Azərbaycanda, gözəl Şuşada gəzir. Biz öz vətənimizə gedə bilmirik. Azərbaycan çox böyük vəsait xərcləyib hava hücumundan müdafiə qurğularını niyə alır? Əgər o qurğular bizim sərhədlərimizi qorumayacaqsa niyə alırsınız cənab Müdafiə Naziri? Xalqın pulunu niyə lazımsız dəmir parcalarına verirsiniz???
Mən dəfələrlə bununla bağlı çağırışlar etmişəm ki, hayların Qarabağa gəliş- gedişi Beynəlxalq hüquq normalarına, Beynəlxalq Hərbi Konvensiyasına, Azərbaycanın və Ermənistanın qoşulduqları müxtəlif Beynəlxalq konvensiyaların hər birinə tam ziddir. Ona görə onların bizim ərazilərə hər hansı daxil olma cəhdi ( istər havada istərsədə quruda) puç olmalıdır. Əgər Azərbaycan Ermənistandan Azərbaycan ərazilərinə daxil olan istər hava məkanı istərsə də quru yolla gələn texnikanın və canlı qüvvənin məhv edilməsini həyata keçirərsə dünya qanunlarının heç birinin pozulmasına səbəb olmaz. Belə ki, dünyada qəbul edilmiş Dövlət sərhədlərinin pozulmasına qarşı sərt tədbirləri özünə hörmət edən hər bir dövlət həyata keçirməlidir. Məncə Azərbaycan hökuməti işlərini bu yöndə idarə edərsə mütləq şəkildə qalib olacaqdır.
Qondarma Qarabağ Respublikasını hətta Ermənistanın özüdə cürət edib, tanımır. Ermənistan hökumətinin və vətəndaşlarının Azərbaycan ərazilərinə ilk səfərlərində ciddi tədbirlər görülərək vurulsaydılar onların bu günki həyasızlıqları davam etməzdi. Hər bir cəzasız hərəkət növbəti cinayətə sövq edir. Müdafiə Nazirliyi nə gözləyir ?!... Onu da qeyd edim ki, Xocalı aeroportu istifadəsiz qalıb, Beynəlxalq Aviasiya Təşkilatı istifadəyə qadağa qoyub. Əgər bizim Xarici İşlər və Müdafiə nazirlikləri vaxtında lazım olan tədbirlərin həyata keçirsəydilər hayların bu qədər həyasızlığı ilə hər gün təhqir edilməzdik.
Döyüşçü prokuror Fərman Rzayev.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı