hemle

Masallıda meşə yandı - Video

Tarix:8-01-2024, 17:31
Baxış Sayı:39

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonunun Şıxlar kəndi yaxınlığında meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə baş vermiş yanğın böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində, ilkin məlumata əsasən, meşə ərazisində 800kv.m. sahədə kol-kos və xəzəl yanıb, ağaclar yanğından mühafizə olunub.

Digər xəbərlər
20:51 Qərar verildi: Ermənistan ehtiyatda olan hərbçiləri bu tarixdə toplayır
20:46 Fikrət Qocanın 90 illiyi qeyd olunacaq
20:43 Səhər "poxmel"ini açmaq üçün diyetoloqdan MƏSLƏHƏT
20:36 Həcc ziyarətinin VAXTI AÇIQLANDI
10:51 Yaşı 30-dan yuxarı şəxslərə çağırış mesajı niyə gəlir?
10:46 Müəllimlərin nəzərinə - Mayın 12-də başlanılır
10:41 Azərbaycanda vəfat edən şəxsin pensiyasını bu şəxslər alacaq
10:21 Putinin elan etdiyi atəşkəs qüvvəyə mindi