hemle

Kamran Əliyev 3 prokuroru təqaüdə göndərdi

Tarix:8-01-2024, 14:51
Baxış Sayı:71

Qulluqda olmanın son yaş həddinə çatmış prokurorluq işçiləri təltif olunub.

Baş Prokurorluqdan verilən xəbərə görə, yanvarın 8-də Baş prokuror Kamran Əliyev rəhbər işçilərin iştirakı ilə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın yaş həddinə çatmış Azərbaycan Respublikası Baş prokurorunun köməkçisi Müqəddəs Sultanov, Samux rayon prokuroru Mayıl Hacıyev və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin prokuroru İlham Səlimovu qulluq keçmələrinə xitam verilməsi ilə əlaqədar qəbul edib.Görüşdə Baş prokuror tərəfindən prokurorluqda uzunmüddətli qüsursuz və səmərəli fəaliyyətlərinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətlərinə görə onlara “Prokurorluğun fəxri işçisi” döş nişanı və Azərbaycan Respublikası Prokurorluğunun Fəxri fərmanını təqdim edilib.

Daha sonra tədbir iştirakçıları xatirələrini bölüşərək səmimi söhbətlər edib və xatirə şəkli çəkilib.

Digər xəbərlər
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?
22:11 İlham Əliyev “Sea Breeze”dəki layihələrlə tanış oldu
22:06 Bu məlumatlarınız təhlükədə ola bilər - RƏSMİ XƏBƏRDARLIQ
22:03 Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi
22:02 Nazirliyin lisenziya vermədiyi plastik cərrahlar - Onların taleyi necə olacaq?
21:58 “Azəriqaz” İB-nin baş direktoru Bərdə və Tərtər sakinlərinin müraciətlərini dinlədi