hemle

Ötən il 120 jurnalist öldürülüb - DƏHŞƏTLİ STATİSTİKA

Tarix:5-01-2024, 14:47
Baxış Sayı:92

2023-cü ildə 120 jurnalist öldürülüb.

Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) ötən il dünya üzrə öldürülən jurnalist və media işçilərinin 68 faizinin Qəzzada öldürüldüyünü açıqlayıb.

Məlumata görə, 2023-cü ildə 120 jurnalist və media işçisi öldürülüb. Qətlə yetirilən jurnalistlərdən 11-i qadındır.
10 dekabr Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Günü ərəfəsində 94 jurnalist qətlini sənədləşdirən IFJ bu artımda Qəzzadakı müharibənin rolunu xüsusi vurğulayıb. Qəzzada gedən müharibə nəticəsində 75 fələstinli, 4 israilli və 3 livanlı jurnalist həlak olub. Suriyada 3 jurnalist öldürülüb.

Asiya-Sakit okean regionunda Hindistan, Əfqanıstan, Filippin, Banqladeş, Pakistan və Çində ümumilikdə 12 jurnalist öldürülüb. Şimali və Cənubi Amerikada 2023-cü ildə 10 jurnalist öldürülüb. Afrikada Kamerun, Sudan, Lesoto, Mali, Somali, Mozambik və Nigeriyada 8 jurnalist öldürülüb. Ruandada bir jurnalist qəza nəticəsində həyatını itirib. Avropada 1 ukraynalı, 1 rus və 1 fransız olmaqla 3 jurnalist və media işçisi Ukraynadakı müharibə zamanı həlak olub. Albaniyada bir jurnalist qətlə yetirilib.

IFJ-in baş katibi Entoni Bellanqer deyib: "Bu gün düşündüyümüz təkcə öz işlərini gördükləri üçün öldürülən jurnalistlərin ailələri və dünyanın müxtəlif yerlərindəki həmkarlarımızdır. Biz jurnalistlərə heç bir xəbərin həyatlarından dəyərli olmadığını həmişə xatırlatmışıq. Vətəndaşların dəqiq məlumatlandırılması demokratik hüquqdur və jurnalistlərin müstəqil şəkildə xəbər verə bilmələri üçün müdafiəsini təmin etmək hökumətlərin məsuliyyətidir. Bu dəhşətli rəqəmlər göstərir ki, dövlətləri jurnalistlərin təhlükəsizliyini və müstəqilliyini qorumaq üçün əsas mexanizmləri qəbul etməyə məcbur edən beynəlxalq miqyasda məcburi bir sənədə böyük ehtiyacımız var”.

Digər xəbərlər
10:57 Sürücülərin NƏZƏRİNƏ: Sabah Bakının əsas yollarında məhdudiyyət olacaq
10:48 COP29-u “son şans” kimi görənlər: Ermənidən artıq erməni olanlar kimlərdir?
10:46 Dərmanlar ucuzlaşacaq? - Bu qərar qəbul edilərsə...
09:59 COP29 günlərində maşınlar şəhərə xüsusi postlardan fasilələrlə buraxılacaq
09:32 Vətən müharibəsinin 37-ci günü: Səkkiz kənd işğaldan azad edilir
09:28 COP29: ilk 3 gün aeroportdan taksiyə minmək olmayacaq
09:25 ABŞ Ukraynaya 425 milyon dollarlıq silah paketi göndərdi
09:23 “Yandex” istifadəçilərinin rekord həcmdə şəxsi məlumatını dövlətə ötürüb