hemle

ARB HANSI İŞÇİLƏRİNİ CƏZALANDIRDI

Tarix:11-05-2020, 16:26
Baxış Sayı:441

Sosial şəbəkələrdə MTRŞ tərəfindən “Elgizlə izlə” verilişində əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya yayımlanmasına görə 6 saatlıq cəzalandırılan ARB kanalının bu müddətdə yayımlanmayan reklamların pulunu işçilərin əmək haqlarından kəsərək kompensasiya etməsi barədə məlumatlar yayılıb.

Məsələ ilə bağlı açıqlama verən ARB Media Qrupun mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli bildirib ki, efirdə yaşanan problemə görə yalnız günahkar əməkdaşlar cəzalandırılıb.

“Bu, yalan söhbətdir. Belə bir şey ola bilməz. Əməkdaşlar sadəcə gördükləri işlərə görə məsuliyyət daşıyırlar. Heç bir əməkdaş reklam məsələsinə görə cəzalandırılmayıb. Cəzalandırılan əməkdaşlar yalnız məsuliyyət daşıyan işçilərdir”

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı