hemle

İNTİHAR EDƏCƏYİNİ DESƏ DƏ, POLİSİ GÖRÜNCƏ BUNU ETDİ – ŞOK OLAY

Tarix:10-05-2020, 19:43
Baxış Sayı:420

Antalyanın Manavgat ilçəsində maraqlı hadisə baş verib.

ONN media xəbər verir ki, yaxınlarına intihar edəcəyini deyən Ercan C. adlı şəxs polisləri görərkən qaçıb.

Olay gecə saatlarında baş verib. Ercanın intihar edəcəyi ilə bağlı yaxınlarından mesaj alan polislər hərəkətə keçib. Ünvana çatan əməkdaşlar qapını döysələr də, açan olmayıb. Eyvandan Ercanın evinə daxil olan polislər içəridə heç kəsi tapmayaraq çölə çıxıblar.

Dairədə aparılan axtarış zamanı həyətə gələn Ercan oradakı jurnalistlərdən “binada yanğın var?” deyə soruşub.

Qonşulardan birinin onun adını çəkməsi ilə sözügedən şəxs taksiyə minərək oradan qaçıb.

Ercanın tapılması istiqamətində əməliyyat aparılır.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
09:50 Xarkovda 40 partlayış qeydə alındı - Yaralılar var
09:44 İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?
09:38 Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sakit okeanın səviyyəsi yüksəlir: Ada dövlətləri yox ola bilər - XƏBƏRDARLIQ
09:32 Azərbaycana keçdiyi bildirilən 2 ermənidən xəbər var
09:29 "Youtube"da nasazlıq yarandı
09:27 Bakı bulvarında sakinləri narahat edən kəskin qoxunun səbəbi bilindi
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?