hemle

Fransaya getmək istəyənlərin NƏZƏRİNƏ: QANUNLAR DƏYİŞİR

Tarix:20-12-2023, 15:46
Baxış Sayı:54

Dekabrın 20-də Fransa parlamenti miqrasiya sahəsində bir sıra sərt məhdudiyyətlər tətbiq edən qanun layihəsini təsdiqləyib.

Yeni qanun fransız siyasətçiləri arasında parçalanmaya səbəb olub.

Belə ki, millətçi Marin Le Pen bunu ideoloji qələbə adlandırıb. Ölkənin səhiyyə naziri Orellan Russo buna etiraz olaraq dərhal istefa verib.

Fransanın baş naziri Elizabet Borne yeni qanunu zəruri və faydalı adlandırıb. Daxili işlər naziri Gerald Darmanin isə qanunun fransızları qoruduğunu və immiqrantlara qarşı sərt tədbirlərin görülməsinin zəruri olduğunu bildirib.

Belə ki, qanun Fransadakı əcnəbilərin sosial müavinətlərə çıxış imkanlarının azaldılmasını, əcnəbi tələbələrin isə ölkədə qalmaq üçün daha sərt qaydaların olmasını nəzərdə tutur.

Eyni zamanda Fransada miqrasiya kvotaları tətbiq olunacaq və bu ölkədə doğulan miqrant uşaqlarının Fransa vətəndaşlığı alması çətinləşdiriləcək. Bundan əlavə, ikili vətəndaşlığı olanalar bundan sonra Fransa pasportundan məhrum ediləcəklər. Bundan əlavə, bir sıra sosial dəstək tədbirləri almaq üçün əcnəbilər Fransada beş il (və ya əmək müqaviləsi olduqda ən azı 30 ay) yaşamalı olacaqlar.

Eyni zamanda, qanun işçi qüvvəsi çatışmazlığı olan sektorlarda qanuni qeydiyyat olmadan işləyən əcnəbiləri leqallaşdırır. Bu, miqrantların tikinti, səhiyyə, sosial təminat, iaşə kimi sahələrdə işləməsini asanlaşdıracaq.

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ