hemle

Qərbin VARDANYAN FOBİYASI – Ruben “qara qutu”nu AÇSA...

Tarix:20-12-2023, 13:36
Baxış Sayı:80

Qarabağdakı qanunsuz fəaliyyət və əməllərinə görə, Azərbaycanın müvafiq qurumları tərəfindən həbs olunan və artıq ləğv olunan qondarma rejimin keçmiş dövlət naziri milyarder Ruben Vardanyanla bağlı yeni faktlar üzə çıxıb.

Milyardlarla çirkli pullar necə yuyulub?

Forbes nəşrinin məlumatına görə, 2019-cu ilin martında Ruben Vardanyana məxsus “Troyka Dialoq” ofşor şəbəkəsi ilə bağlı informasiyalar mətbuata sızıb. Araşdırmaya görə, Vardanyan məhz həmin ofşor şəbəkəsi vasitəsilə çirkli pulların yuyulmasında iştirak edib. Bildirilir ki, 2000-ci illərdə bu şəbəkə vasitəsilə xaricə 4,6 milyard dollar köçürülüb.

Hələ Vardanyan separatçı rejimdə “vəzifə” tutan dövrdə isə Rusiya mətbuatında Putinin keçmiş xüsusi nümayəndəsi Anatoli Çubaysla Moskva vilayətində onun sarayının tikintisinə cavabdeh olan sahibkar İlya Suçkovun söhbətinin səs yazısı dərc edib.

Səs yazısında Anatoli Çubays İlya Suçkova məlumat verib ki, o, özünün Moskva yaxınlığındakı Peredelkino bağ evləri massivindəki malikanəsini satmağı və bununla da çirkli pulların yuyulması sxemini işləyib-hazırlamaq və idarə etməyi Ruben Vardanyana tapşırıb.

Plana əsasən, Anatoli Çubaysa məxsus 35-36 milyon dollar dəyərində malikanə keçmiş məmurun yaxın adamlarına 7-8 milyon dollara satılmalı imiş. Bütün pul və alqı-satqı əməliyyatları isə İsveçrədə yerləşən və elə A.Çubaysın özünə məxsus olan şirkət vasitəsi ilə həll edilməli idi. Əsas məqsəd isə yüksək alqı-satqı prosesində tələb olunan vergilərdən yayınmaq olub.

Lakin plan son anda baş tutmayıb. Belə ki, A.Çubaysın şirkəti qısa müddət ərzində iflas olub. Bununla belə, həmin hadisə də göstərir ki, Vardanyan çirkli pulların yuyulmasında böyük təcrübəyə sahib birisi olub.

Qeyd edək ki, Ruben Vardanyan sentyabrın 27-si Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 214.1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qərimkan tədbiri seçilib.

Qərb Vardanyanın ifadələrindən niyə qorxur?

Politoloq Cümşüd Nuriyev bildirir ki, Qərbdə bəzi dairələr Vardanyanın istintaqın gedişində onları ifşa edəcək çoxsaylı məsələlərdən danışa biləcəyindən qorxur:

“Ona görə də “Forbes”də belə açıqlamalar yaymaqla Vardanyanı qabaqlamaq üçün tədbirləri görürlər. Bu həm də Vardanyanı Azərbaycan istintaq orqanları ilə əməkdaşlıqdan yayındırmaq məqsədilə ona edilən xəbərdarlıqdır. Vardanyanın bu çirkin əməllərinin arxasında Qərb dayanır. Onun Azərbaycan istintaq orqanlarına Avropa İttifaqında hansı parlament üzvlərini pulla ələ aldığı barədə məlumat verib.

Bu mənada “Forbes”in açıqlaması “qara məni basınca, mən qaranı basım” məsələsinə oxşayır. Vardanyan Rusiyada Çubaysdan başqa, İqor Seçinlə də yaxın olub. Birlikdə çirkli pulların yuyulmasında iştirak ediblər. Qarabağda qanunsuz şəkildə qızış çıxaran “Geopramayninq” şirkərinin rəhbərilə də biznes ortağında olub.

“Forbes” belə yazını gündəmə gətirməklə əslində bir növ onu qabaqlamağa çalışır. Çünki Vardanyan Azərbaycan hüquq mühafizə orqanlarına açıqlamasında onların kim olduğunu açıq ortaya qoyur. Bu mənada onlarla Vardanyanın heç bir fərqi yoxdur. Hər iki tərəf çirkli pulların yuyulmasında əlbirdir”.

Qeyd edək ki, ilkin ifadəsi zamanı Vardanyanın USAİD rəhbəri Samanta Pauer və digər Qərb rəsmiləri ilə əməkdaşlıq etdiyi üzə çıxmışdı. Bu da oliqarxın ikili agent olması ehtimallarını gündəmə gətirmişdi.(Bizim.Media)

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış