hemle

Xankəndidə peşə təhsili müəssisəsi YARADILIR

Tarix:13-12-2023, 11:24
Baxış Sayı:42

Elm və təhsil naziri Emin Əmrullayev pensiya yaşına qədər işləməklə bağlı ağır qərarların verilməli olduğunu bildirib.

Bu barədə nazir "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" adlı konfransda çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, bu gün kimsə işindən ayrılanda ciddi problem yaranır. Halbuki, proqram dəyişirsə, kadr dəyişikliyi də qaçılmazdır.

Nazir bildirib ki, kimsə pensiya yaşına qədər işdə qalmalıdır yanaşmasının dəyişməsi ağrılı qərardır: "Biz seçim etməliyik, ya heç kimə dəymirik və hər şey də olduğu kimi qalacaq, ya da dəyişiklik üçün ağır qərarlar verməliyik. Məzmun və keyfiyyət arasında əlaqə kiminsə əməkhaqqı və ya vəzifədən çıxması ilə bağlılıq təşkil edir".

E.Əmrullayev əlavə edib ki, həmin şəxslərin yenidən ixtisas dəyişməsi və kvalifikasiyanın artırılması sözdə asan görünsə də, çox çətin prosesdir: "Peşə təhsilində mərhələli şəkildə adambaşına maliyyələşdirmə mexanizminə keçid təmin edildi. İnanıram ki, bu proses olduqca səmərəli olacaq".

Digər xəbərlər
09:41 Zelenski ilə danışdı, Putinə müraciət etdi: Siz də bunu etməlisiniz
09:39 Şuşada I İslam Dünyası Mədəni Forumu keçirilir
09:33 Kompüter tomoqrafiyası xərçəngə səbəb olur - Yeni araşdırma
09:23 Bu gün Arayik və erməniəsilli digər şəxslərin məhkəməsi davam edəcək
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı