hemle

Güclü zəlzələ həyət evlərini bahalaşdıracaq? - Ekspert danışır...

Tarix:8-12-2023, 15:17
Baxış Sayı:369



Ötən gün Bakıda baş verən güclü zəlzələdən sonra həyət evlərinin bahalaşacağı iddiaları yenidən gündəmə gəlib.

Əmlak eksperti Ramil Qasımzadə Axar.az-a açıqlamasında sözügedən iddiaların əsassız olduğunu bildirib.

“Zəlzələylə bağlı həyət evlərinə tələbin artması, qiymətlərin artacağı və ya çoxmənzilli yeni tikililərin ucuzlaşacağı iddiaları müvəqqəti ajiotajdan başqa bir şey deyil. Həyət və bina evlərinin bahalaşmasının başqa səbəbləri var, ancaq məhz zəlzələ ilə bağlı artımın və ya azalmanın olacağını düşünmürəm”, - o qeyd edib.

Ekspert bahalaşmanın tələbin təklifi üstələməsi ilə əlaqəli olduğunu vurğulayıb:

“Qış aylarında həyət evlərinə bir o qədər də tələbat olmur. Bu səbəbdən də qiymətlərdə stabillik özünü göstərir. Hündürmərtəbəli binalarda isə bunun əksini görmək mümkündür. Tələbin yüksək olması təbii olaraq qiymət artımı ilə nəticələnir. İlin əvvəli ilə müqayisədə 15-20 faiz qiymət dəyişikliyi var. Bu, xarici ölkələrdən müraciətlər, tədricən ucuz, köhnə tikililərin sıradan çıxması və tikinti materiallarının bahalaşması ilə əlaqəlidir”.

Qeyd edək ki, ötən gün Xəzərdə 5,6 bal gücündə zəlzələ baş verib. Zəlzələ Bakı da daxil olmaqla, Azərbaycanın şərq bölgələrində hiss edilib.

Digər xəbərlər
22:05 "ChatGPT"nin yeni modeli istifadəyə verildi - Bunlar mümkün olacaq
22:02 "Telegram"da YENİLİK
21:57 Məhkəmədə işğal zamanı polislərimizin başına gətirilənlər göstərildi
21:50 Pakistan ELAN ETDİ: Hindistanla mayın 18-dək...
15:21 Azərbaycanda yeni medal təsis olundu
15:16 Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı fərmanda dəyişiklik olundu
15:11 Məşhur diş pastalarında zəhərli maddələr aşkarlandı - Azərbaycanda da satılır
15:06 Bu yol tam bağlanacaq - Sürücülərin nəzərinə!