hemle

Arıqlamaq üçün olan dərmanların zərərləri

Tarix:29-11-2023, 06:35
Baxış Sayı:77

Son dövrlərdə cəmiyyətdə artıq çəkili insanların sayı getdikcə artmağa başlayıb.

Bu barədə “Nyu York Tayms” nəşri məlumat yayıb.

Məqalədə bildirilib ki, bunların səbəbləri arasında müxtəlif xəstəliklər, düzgün qidalanmama, hərəkətsiz həyat tərzi, psixoloji problemlər dayanır:

“Bu gün bir çox apteklər, hətta mağazalar arıqlamaq üçün müxtəlif növ dərmanlar təklif edirlər. Bu dərmanları reklam məqsədi ilə tərifləyərək insanlara satırlar. Arıqlamaq üçün müxtəlif pəhriz və proqramları sınaqdan keçirən, istədikləri nəticəni əldə edə bilməyən insanlar dərman preparatları qəbul etməyə başlayırlar.

İstehsalçıların və reklamların təklif etdikləri bu dərmanlar doğrudan da insan orqanizmi üçün xeyirlidirmi? Bir çox insan inanır ki, arıqlamaq üçün dərmanlardan istifadə artıq çəkidən qurtarmaq üçün ən asan üsuldur. Bu dərmanları əhali reseptsiz və ya reseptlə əldə edə bilir. Lakin onları asanlıqla əldə etmək dərmanların sağlamlıq üçün xeyirli olmasından xəbər vermir. Dərmanların qəbulundan dərhal sonra bir çox problem - mədə-bağırsaq, dəri xəstəlikləri, yuxu pozğunluqları yaranır. Bir çox halda bu dərmanlar həyat üçün çox təhlükəlidir.
Arıqlama çayları və ya dərmanlar sağlamlığa ziyan olan vasitələrdir. Bunlar vasitəsilə sürətlə verilən kilolar artıqlaması ilə geri qayıdır”.

Məsələ ilə bağlı saytımıza açıqlama verən qida mütəxəssisi Səbinə Yusifovanın sözlərinə görə, bu dərmanlara ehtiyac yoxdur:

“Həmin o dərmanları satılması üçün reklam edirlər. Sağlam arıqlamaq üçün idmanla məşğul olmaq, qidalanmaya və yuxu rejiminə nəzarət etmək kifayətdir. İnsan nə qədər çox təbii yolla arıqlamağa can atarsa, o qədər yaxşıdır”.

Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...