hemle

Prezidentin Fransanın neokolonializm siyasətini ifşa etdiyi fikirlər dünya mediasında

Tarix:21-11-2023, 23:34
Baxış Sayı:186

Prezident İlham Əliyevin “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə və Bakıda İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə birgə mətbuata bəyanatında səsləndirdiyi fikirlər dünya mediası tərəfindən geniş işıqlandırılıb.

Avropanın “Euractiv”, “Reuters”, “France24”, “Deutsche Welle”, “Nouve lobs”, “Vlt” və digər KİV-lərinin yaydığı materiallarda Azərbaycan Prezidentinin fikirlərinə istinadla Fransanın Cənubi Qafqazda stabilliyi pozduğu, separatizm meyillərini və separatçıları dəstəklədiyi qeyd olunur.

Yazılarda Prezident İlham Əliyevin Fransanın Ermənistanı silahlandırmaqla militarist siyasət həyata keçirdiyini, revanşist qüvvələri təşviq etdiyini, regionda yeni müharibələrin başlaması üçün zəmin hazırladığını vurğuladığı bildirilir. Həmçinin Fransanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə etdiyi, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olduğu, Qərb təşkilatlarını digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə cəhdlər etdiyi vurğulanır.

Məqalələrdə Azərbaycan Prezidentinin Fransanı başqa dövlətlərə dərs keçmək praktikasına son qoymağa çağırdığı bildirilir. Prezident İlham Əliyevin, həmçinin Fransanın Cənubi Qafqazda destruktiv rol oynadığını, Ermənistanın isə Fransa hökumətinin marionetinə çevrildiyini və bunun regional sabitliyə ciddi təhlükə ola biləcəyini vurğuladığı qeyd olunur.

Materiallarda Prezident İlham Əliyevin Ermənistan hökuməti və ictimai rəyində Fransa hökumətindən gələn yanlış mesajların onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaratdığını dediyi bildirilir.

Rusiyanın “TASS”, “Ria Novosti”, “İnterfaks”, “Komsomolskaya pravda”, “RBK”, “Arqumentı nedeli”, “News.ru”, “Lenta”, “Pravda”, “Vzqlyad”, “Veçernaya Moskva” və digər KİV-ləri Azərbaycan Prezidentinin Ermənistanın Fransanın məsləhəti ilə sülh müqaviləsinin imzalanmasını yubatması barədə fikirlərini önə çıxarıblar. Həmçinin Prezident İlham Əliyevin Fransanın Cənubi Qafqazda destruktiv rol oynaması, Ermənistanın Fransa hökumətinin marionetinə çevrilməsi barədə dediklərinə diqqət çəkilib.

Azərbaycan Prezidentinin Fransanın Ermənistanı silahlandırmaqla onu revanşizmə və separatçılığa sürükləməsini sərt şəkildə pislədiyi bildirilir. Materiallarda vurğulanır ki, Prezident İlham Əliyev Ermənistanı öz gələcəyini qanlı müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmağa çağırıb.

Bosniya və Herseqovinanın “Slobodna Bosna” portalı da Azərbaycan Prezidentinin Fransa kolonializmini ifşa etdiyi fikirlərə yer ayırıb. Prezident İlham Əliyevin Fransanın qanlı cinayətlərlə zəngin kolonializm tarixinə görə utanmalı olduğunu, törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə, digər ölkələrdə uydurma etnik təmizləmələrdən danışdığını vurğuladığı qeyd edilir. Fransa qoşunlarının bu yaxınlarda Mali, Niger və Burkina-Fasodan qovulmasının isə onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdiyini qeyd etdiyi bildirilir.

Yazıda Azərbaycan Prezidentinin Fransanın Ermənistanı silahlandırdığını və bunu ictimai şəkildə bildirdiyini, Ermənistanın isə yeni bir müharibəyə başlamaq qərarı verərsə, bunun, ona kömək etməyəcəyini vurğuladığı qeyd olunur.

Türkiyənin Anadolu Agentliyi, Nigeriyanın “The eagle online”, Uqandanın “Monitor”, Hindistanın “First post”, “Times of India”, Sinqapurun “Channel News Asia” kimi media qurumları tərəfindən yayımlanan xəbərlərdə Azərbaycan Prezidentindən sitatlar gətirilərək, Fransanın təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eləcə də Cənubi Qafqazda stabilliyi pozduğu vurğulanır. Həmçinin Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəklədiyi bildirilir.

Gürcüstanın “Interpress news”, “Geotimes”, “Netgazeti”, “Palitra news”, “Aktual” portalları dövlətimizin başçısının xüsusilə Fransanın neokolonializm siyasəti barədə fikirləri ilə bağlı silsilə materiallar yayıblar. Azərbaycan Prezidentinin fikirlərinə istinadla yayılan materiallarda Fransanın Cənubi Qafqaz regionunda yeni müharibələr üçün zəmin hazırlaması, müstəmləkəçilik siyasətindən əl çəkə bilmədiyi, Avropadan kənarda yaşayan xalqların hüquqlarına və istəklərinə hörmətlə yanaşmadığı qeyd olunur.

Ukraynanın “İnterfaks-Ukrayna”, “Korrespondent”, “Yevropeyska Pravda”, “1 News” və digər KİV-lərində dərc olunan məqalələrdə də Azərbaycan Prezidentinin Ermənistanla aparılan danışıqlar, xüsusilə Fransanın neokolonializm siyasəti barədə fikirlərinə geniş yer verilib. Məqalələrdə Prezident İlham Əliyevin sözlərinə istinadla vurğulanır ki, Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində, indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Azərbaycana müharibə lazım deyil. Azərbaycan öz ərazisində vuruşub və ədaləti, beynəlxalq hüququ bərqərar edib. Lakin Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Məqalələrdə, həmçinin Prezident İlham Əliyevin Azərbaycanın regionda sülh istəyinə dair çağırışları da yer alıb.

Prezidentin Fransanın neokolonializm siyasətini ifşa etdiyi fikirlər dünya mediasında





Digər xəbərlər
10:19 Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydaları dəyişdi
10:12 Ticarət obyektləri BAĞLANDI: 200-dən çox insan İŞSİZ QALDI
10:09 Ankaranın sərt mövqeyindən sonra ABŞ GERİ ÇƏKİLDİ - "S-400"lərin taleyi ilə bağlı YENİLİK
10:03 Tramp və Bayden həmin sənədi imzaladılar - Kritik hazırlıq başladı
10:00 İsrail-Livan razılaşması: Tərəflər hansı öhdəlikləri götürüblər?
09:57 Pensiya sistemi ilə bağlı MÜHÜM TƏKLİF: Qəbul olunsa...
09:52 Paşinyan KTMT-dən çıxmaq və Rusiya ilə münasibətləri pozmaq fikrindən daşınıb?
09:47 COP29-un ticari-iqtisadi sahələrə təsiri necə oldu? - Ekspertlərdən AÇIQLAMA