Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə ölkəmizdə “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı” mövzusunda tədbir keçirilir.
Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin tədbirin iştirakçılarına ünvanladığı müraciət səsləndirilib.
Müraciətin mətnini Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.