hemle

"Azad olunmuş ərazilərdə silahsızlaşdırma prosesi davam edir" - MN

Tarix:20-11-2023, 17:01
Baxış Sayı:73

İşğaldan azad olunmuş ərazilərdə 44 günlük müharibədən sonra 10000-dən çox piyada əleyhinə, 3000-dən çox tank əleyhinə minalar aşkarlanıb.

Bunu Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə brifinqi zamanı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov deyib.

O bildirib ki, bu ərazilərdə hələ də silahsızlaşdırma prosesi davam edir, yeni silah anbarları aşkarlanır.

“19 sentyabra qədər qeydiyyatdan keçirilmədən qeyri-qanuni yollarla bu ərazilərə silahlar daşınmağa davam edib. Erməni silahlı qüvvələri mülki insanlara dronların hərbi məqsədlə istifadəsi ilə bağlı təlimlər keçib ki, bu dronlar vasitəsilə Azərbaycanın hərbi və mülki infrastrukturuna zərbələr vurulsun”, - Anar Eyvazov deyib.

Digər xəbərlər
17:40 Taksilərdə yeni tələblər - Dəyişikliklər var
17:37 Onlar ölkədən çıxa bilməyəcək
17:35 Pensiya alanların nəzərinə - Dəyişiklik edilir
17:28 Bu həkimlər 9000 manat cərimələnəcək
17:21 Kartdan pul çəkənlər daha tez tapılacaq - Yeni qayda
17:19 Kirayə qalanlara ŞAD XƏBƏR
17:11 Qanunsuz abort və süni mayalanmaya görə cəzalar sərtləşdirilir
17:05 Aİ liderləri Azərbaycanla Ermənistanı təbrik etdi