hemle

Romanenko heyrətləndi: Bakı bunu necə bacardı?

Tarix:4-11-2023, 09:11
Baxış Sayı:1 862

Ukraynalı jurnalist Yuri Romanenko Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən və işğaldan azad edilən ərazilərdə infrastrukturun bərpasında əldə olunan uğurlardan heyran olduğunu bildirib.

Romanenko müəllifi olduğu Yutub kanalının efirində Ukraynanın Azərbaycan təcrübəsindən dərs çıxara biləcəyi fikrini bölüşüb.

"Mən Füzuli Hava Limanında olanda onların infrastrukturu necə qurduqlarını, hər şeyin necə sürətlə getdiyini görəndə, sovet "qələmindən" çıxan bir ölkənin necə güc və rasional yanaşma tapmasından heyrətləndim", - ukraynalı jurnalist qeyd edib.

O, Azərbaycanın uğurunu təmin edən əsas amilləri qeyd edib: hərbi əməliyyatlar başlamazdan əvvəl əlverişli beynəlxalq əlaqələrin yaradılması, ordunun yenidən silahlanması, Türkiyə və İsraillə münasibətlərin qurulması, həmçinin strateji kompromislər... O, həmçinin 2016-cı ilin aprel döyüşlərinin əhəmiyyətini qeyd edib: "Bu, sonrakı münaqişənin nəticəsini əvvəlcədən müəyyən etdi".

"Azərbaycanın gördüyü iş bizim baxmalı və öyrənməli olduğumuz bir modeldir", - deyən Romanenko əlavə edib ki, Prezident İlham Əliyevin fəaliyyəti xüsusi diqqətə layiqdir və ölkə tarixinə Ulu öndərin fəaliyyəti kimi yazılacaqdır.(Axar.az)

Digər xəbərlər
12:14 Agentlikdən "Son zəng"də şagirdlərin geyim forması ilə bağlı xəbərdarlıq
12:10 Qızıl satanlar cərimə oluna bilər
12:07 ​“WhatsApp”a yeni düymə əlavə edildi
12:05 Enerji içkilərindəki böyük təhlükə - Diqqətli olun
12:02 Ukraynada avtobus PUA ilə vuruldu - Ölənlər və yaralananlar var
10:09 Xalq artisti Aygün Səmədzadəyə vəzifə verildi
10:05 Ermənistanın Azərbaycan ərazilərinin işğalını təsdiqləyən faktlar məhkəmədə tədqiq olundu
10:02 “Starlink”in daha 26 internet peyki orbitə çıxarıldı