hemle

Ermənistan prezidenti Zəngəzura gəlir - yerli sakinlər təşvişdə...

Tarix:31-10-2023, 09:15
Baxış Sayı:90

Ermənistan mətbuatı yazır ki, prezident Vaaqn Xaçaturyan nəhayət təbrik və başsağlığı mesajlarından başqa, Ermənistanın daxili məsələləri ilə də maraqlanmaq qərarına gəlib.

hemlemedia.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Vaaqn Xaçaturyanın sabah Zəngəzur bölgəsinə üç günlük səfər edəcəyi bildirilib. Məlumata görə, prezident bölgədəki bütün əsas icmalara baş çəkəcək, regional hökumət və icma rəhbərləri ilə görüşəcək. Prezident bölgənin problemləri ilə tanış olmaq istəyir.

“Hraparak”ın məlumatına görə, son zamanlar ölkə siyasi rəhbərliyinin Zəngəzura “marağı” yerli əhali arasında müəyyən gərginlik yaradıb. Bəziləri isə istisna etmir ki, bəlkə də geosiyasi mərkəzlərin diqqətinə düşən Zəngəzurla dəhlizi ilə bağlı mühüm hadisələr gözlənilir və diqqətin əsas səbəbi də budur.

Xatırladaq ki, Baş nazir Nikol Paşinyan da ötən şənbə günü Zəngəzurda olub.

Digər xəbərlər
21:35 Müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı müddəti UZADILDI
21:28 Trampdan Qərbə XƏBƏRDARLIQ - “Növbəti sonsuz müharibəyə...”
21:18 Ölkədə baş verən partlayışlarda neçə nəfər ölüb? - FHN AÇIQLADI
21:14 Sabah 3 rayon QAZSIZ QALACAQ
21:11 Bəzi rayonlarda şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA
21:06 Zelenski Ərdoğanla görüşəcək
21:01 Ən böyük ixtisar dalğası - "Microsoft" minlərlə şəxsi İŞSİZ QOYACAQ
18:25 Şəhid ailələri ilə bağlı sərəncama dəyişiklik edildi