hemle

Heydər Əliyev Bolqarıstan türklərini necə xilas etdi?

Tarix:30-10-2023, 13:32
Baxış Sayı:99

Türk Ağsaqqalları Birliyinin (TAİB) mərkəzi ofisində “Bultürk” Bolqarıstan türkləri Mədəniyyət və Xidmət Birliyinin sədri, araşdırmaçı yazar Rafət Ulutürkün iştirakı ilə “Heydər Əliyev və Azərbaycan-Bolqarıstan əlaqələr: Ulu öndərin Bolqarıstan türkləri qarşısında tarixi xidmətləri” mövzusunda dəyirmi masa keçirilib.

Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən tədbirdə, TAİB İdarə Heyətinin üzvləri, Gənclər Təşkilatının təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Rafət Ulutürk Bolqarıstan türklərinin Heydər Əliyevə xüsusi sevgisindən söz açaraq, Ulu Öndərin xidmətlərini heç vaxt unutmayacaqlarını bildirib:

“1980-ci illərin əvvəllərindən başlayaraq Bolqarıstan türklərinə qarşı repressiya aparılıb. Həmin dövrlərdə Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvü kimi Bolqarıstana bir neçə dəfə səfər edib. Burada türklərin ad və soyadlarının zorla dəyişdirilərək bolqarlaşdırılması prosesi gedirdi, Ramazan və Qurban bayramları qadağan edilmişdi, 4 min türk qətlə yetirilmiş, 30 min nəfəri zindana salınmışdı. H.Əliyev Todor Jivkovun (1954-1989-cu illərdə Bolqarıstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi – red.) antitürk siyasətini tənqid edərək bu prosesin dayandırılmasını SSRİ rəhbərliyi adından tələb edib. Heydər Əliyevin müdaxiləsindən sonra bu proses dayandırılır”.

Rafət Ulutürk sonda vurğulayıb ki, Bolqarıstan türkləri Heydər Əliyevin xidmətlərini heç vaxt unutmayacaq, onun ruhunu daim ehtiramla yad edəcəklər.

Digər xəbərlər
21:28 İranda ölənlərin sayı 36-ya çatdı
21:21 Ölüm gətirən qaz sobaları - Bu səhvləri etməyin
21:15 Şokedici kəşf: Vitaminlər xərçəng şişlərinin böyüməsini sürətləndirə bilər
21:10 Pezeşkian sabah Azərbaycana gəlir
21:07 Sabah Xocalıya köç olacaq
21:05 Rəsmi iş yeri olmayanlar necə ev ala bilərlər? - Bu qayda ilə...
20:58 Bakıda yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
20:56 Tramp Vatikanda Makrona hansı qadağanı qoyub? - Dodaq oxuyan SİRLƏRİ AÇDI