hemle

SOCAR rəsmisindən Qərb mediasına CAVAB: Qadağan olunmayıb

Tarix:26-10-2023, 16:00
Baxış Sayı:107

SOCAR rəsmisindən Qərb mediasına CAVAB: Qadağan olunmayıb

Qaz bazarının bütün əsas oyunçuları tərəfindən həyata keçirilən adi ticarət əməliyyatları Azərbaycanda qaz çatışmazlığının göstəricisi ola bilməz.

hemlemedia.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu fikirləri SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov “Türkmənistanın nefti və qazı” beynəlxalq konfransı zamanı jurnalistlərlə söhbətində səsləndirib.

O, qeyd edib ki, SOCAR-la “Qazprom”un əməkdaşlığı uzunmüddətli tarixə söykənir:

“Heç kimə sirr deyil ki, SOCAR “Qazprom”la uzun müddətdir və hərtərəfli əməkdaşlıq edir. Bizim əməkdaşlıq tariximiz daha qədimlərə gedib çıxır - 20 ildən çoxdur. Biz Rusiyadan böyük miqdarda - 5 milyard kubmetrə qədər qaz almışıq, bu da ölkəmiz üçün çox böyükdür. Sonra “Qazprom”a qaz satdıq, sonra yenidən aldıq, sonra yenidən satdıq, sonra müvəqqəti qaz anbarı ilə svop əməliyyatları apardıq. Hazırda Rusiyada 321 milyon kubmetr ehtiyatımız var, onu "Qazprom"un kəməri təmir olunarkən Gürcüstana tədarük etmişik. Bizim "Qazprom"la heç bir problemimiz yoxdur, şirkət sanksiyalar altında deyil, Rusiya qazı da sanksiya məhsulu deyil".

Onun sözlərinə görə, bir sıra Qərb mediası qərara gəlib ki, bütün ölkələr Rusiya qazından imtina etməlidir:

“Biz Türkmənistandan qaz alanda, sonra Rusiyadan qaz alanda bizi ittiham etməyə başladılar ki, Azərbaycan Avropa üçün etibarsız təchizatçıdır, onun öz qazı yoxdur, ona görə də qazı Türkmənistandan və Rusiyadan alıb, biz avropalılara həmin rus qazını satır. Birincisi, bizim Türkmənistan və Rusiya qazı üçün boru kəmərinə çıxışımız yoxdur. Texniki cəhətdən qaz "Şahdəniz"də hasil edilir, dünyanın ən böyük terminallarından biri olan Səngəçal terminalına verilir və oradan yalnız bir çıxış var - Cənubi Qafqaz boru kəməri. Bu kəmərə nə Rusiya, nə Türkmənistan, nə də başqa Azərbaycan qazı daxil ola bilməz. Ona görə də biz Türkmənistan və Rusiya qazını almaqla sənayenin təbii qaza olan tələbatını nəzərə alaraq, öz ehtiyaclarımız üçün mümkün qaz çatışmazlığını ödəmiş oluruq. Bizə qarşı heç bir şikayət olmamalıdır”.

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ