hemle

“Jurnalistlərin 3-cü binası”nın mənzilləri artıq paylanıb? - Nazirlikdən AÇIQLAMA

Tarix:26-10-2023, 10:28
Baxış Sayı:2 729

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ilin avqust ayında jurnalistlər üçün tikilmiş 3-cü binanın taleyinə rəsmən aydınlıq gətirmiş, onun şəhid ailələri və qazilərə veriləcəyini açıqlamışdı.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin açıqlamasında deyilib:

“Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu 20 ünvanında yerləşən 255 mənzilli bina ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələrinə və həmin döyüşlərdə yaralanaraq əlilliyi müəyyən olunmuş igid Vətən övladlarının istifadəsi üçün nəzərdə tutulub".

Nazirliyin açıqlamasından 2 ay keçməsinə baxmayaraq, sözügedən binadakı mənzillərin paylanıb-paylanmadığına aydınlıq gətirilməyib.

Modern.az saytının əməkdaşı bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinnin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbovla əlaqə saxlayıb.

F.Talıbov mənzillərin hələ bölüşdürülmədiyini, bununla bağlı rəsmi məlumat olanda mətbuata açıqlananacağını bildirib.

Digər xəbərlər
09:50 Xarkovda 40 partlayış qeydə alındı - Yaralılar var
09:44 İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?
09:38 Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sakit okeanın səviyyəsi yüksəlir: Ada dövlətləri yox ola bilər - XƏBƏRDARLIQ
09:32 Azərbaycana keçdiyi bildirilən 2 ermənidən xəbər var
09:29 "Youtube"da nasazlıq yarandı
09:27 Bakı bulvarında sakinləri narahat edən kəskin qoxunun səbəbi bilindi
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?