hemle

Bu gün açılışı olan Sumqayıt Şəhər Xəstəxanasından - Fotolar

Tarix:23-10-2023, 17:51
Baxış Sayı:2 680

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının açılışında iştirak edib.

Səhiyyə naziri Teymur Musayev dövlət başçısına xəstəxanada yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, 150 çarpayılıq xəstəxananın bina və qurğuları 6,1 hektar sahədə inşa edilib, tikililərin ümumi sahəsi 18 min 288,4 kvadratmetrdir.

Qeyd edilib ki, səhiyyə ocağının tikinti işlərinə 2019-cu ildə başlanılıb və 2022-ci ildə başa çatdırılıb.

Xəstəxana poliklinika, təcili tibbi yardım, 30 çarpayılıq terapiya, 30 çarpayılıq cərrahiyyə, şüa diaqnostika, hemodializ, oftalmologiya, endokrinoloji terapiya, endokrinoloji cərrahiyyə, nevrologiya, 10 çarpayılıq əməliyyat bloku, reanimasiya və sair şöbələrdən, həmçinin laboratoriyadan, digər tikili və qurğulardan ibarətdir.

Müalicə ocağı müasir tələblərə cavab verən və böyük vəsait tələb edən tibbi avadanlıqlar – çoxkəsikli kompüter tomoqrafiyası (KT), rəqəmsal teleskopik rentgen cihazı, rəqəmsal DR rentgen qurğusu, oftalmoloji müayinə üçün mikroskop, oftalmoloji cərrahi əməliyyatlar üçün PHACO AMO cihazı və iki ədəd rəqəmsal stasionar ultrasəs müayinə cihazı ilə təchiz olunub.

Xəstəxananın həyəti abadlaşdırılıb, yaşıllıq sahələri salınıb.

Xəstəxanadan fotoları təqdim edirik:

Bu gün açılışı olan Sumqayıt Şəhər Xəstəxanasından - Fotolar




Digər xəbərlər
22:18 WhatsApp-da yeni funksiya - Tiktok kimi olacaq
22:15 Bu şəxslərə ömürlük 1500 manat verilir
22:13 Bu dərmanları pulsuz ALACAĞIQ
22:11 Miqreni olanlar bu qidaları yeməsin
22:04 Vatikan yeni Papanın taxta çıxacağı tarixi açıqladı
22:02 Prezident və xanımı Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak etdilər - YENİLƏNDİ
21:59 Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyuldu - YENİLƏNDİ
21:54 Birinci sinfə qəbul: Müsahibələrdə uşaqlara hansı suallar veriləcək?